30 sentyabrda Antikorrupsiya Bürosu “obyektiv həqiqətin müəyyən
edilməsi məqsədilə” “Aİ Fakt” media platformasının təsisçi
təşkilatından da məlumat tələb edib.
“Rajden Kupraşvili 2025-ci il 16 aprel tarixindən bu
günə qədər olan dövrdə qüvvədə olmuş və ya bağlanmış bütün qrant
müqavilələrini, iş planlarını, vəsaitlərin ödəniş qrafikini, qrant
büdcəsinin ətraflı layihəsini və maliyyə hesabatlarını tələb edir…
Büro bildirir ki, təşkilatın fəaliyyəti "Qrantlar haqqında"
Gürcüstan qanununa uyğun olub-olmadığını müəyyən etmək üçün
araşdırma başlanılıb. Biz bu gün bildirdik ki, 16 apreldən sonra
təşkilat heç bir qrant almayıb,” — yayılan
məlumatda deyilir.
22 sentyabrda bir qrup qeyri-hökumət təşkilatı (QHT) birgə bəyanat
yayaraq bildirib ki, “Gürcü Arzusu” partiyası Rajden Kupraşvilinin
rəhbərlik etdiyi Antikorrupsiya Bürosunun vasitəsilə Gürcüstandakı
vətəndaş cəmiyyətinə qarşı repressiv təzyiqlərin yeni mərhələsinə
başlayıb və bu proses təxminən 30 QHT-ni əhatə edir.
QHT-lərin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi 17 sentyabrda 9
təşkilata qarşı qərar çıxarıb. Məhkəmə Kupraşvilinin idarəsinin
müraciətini tam şəkildə təmin edib və həmin təşkilatlara öz
fəaliyyətləri ilə bağlı genişhəcmli məlumatları büroya təqdim
etməyi tapşırıb. Təşkilatların qiymətləndirməsinə görə,
Antikorrupsiya Bürosunun bu addımı vətəndaş cəmiyyətinə qarşı təqib
və təzyiq kampaniyasının bir hissəsidir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.