HƏMAS hərəkatı bütün israilli girovları azad etməyə və Qəzza
zolağına nəzarəti Fələstin komitəsinə verməyə hazır olduğunu
açıqlayıb:
"HƏMAS Qəzza zolağının idarəçiliyini milli Fələstin
konsensusu əsasında müstəqil texnokratlardan ibarət Fələstin
komitəsinə verməyə razıdır".
Bundan əvvəl "The Economist" jurnalı Böyük Britaniyanın keçmiş baş
naziri Toni Blerin Qəzza zolağında keçid administrasiyasına
rəhbərlik edə biləcəyini yazıb.
Fələstin hərəkatının bəyanatında deyilir ki, Trampın Qəzza
zolağının gələcəyi və Fələstin xalqının hüquqları ilə bağlı
təklifləri beynəlxalq qanunlara, qətnamələrə əsaslanan milli mövqe
ilə əlaqələndirilməlidir. Vurğulanır ki, bu məsələlər HƏMAS-ın
iştirakı ilə hərtərəfli Fələstin milli mexanizmi çərçivəsində
müzakirə olunmalıdır.
Son açıqlama hərəkatın Qəzza zolağından tamamilə çıxmasını tələb
edən ABŞ prezidentinin planına birbaşa ziddir.
Sentyabrın sonunda Tramp İsrail və HƏMAS arasındakı münaqişənin
həlli üçün 20 bəndlik plan təqdim edib. Ağ ev rəhbəri hədələyirdi
ki, Vaşinqton vaxtı ilə oktyabrın 5-i axşama qədər HƏMAS ilə
razılaşma əldə olunmasa,
"cəhənnəm qopacaq".
29 sentyabr
Netanyahu Trampın Qəzza planına dəstək bildirib
ABŞ prezidenti Donald Tramp sentyabrın 29-da Ağ evdə İsrailin baş
naziri Benyamin Netanyahunu qəbul edib. Bu, yanvarda Trampın
vəzifəyə başlamasından sonra İsrail baş nazirinin Vaşinqtona
dördüncü səfəridir. Görüşdə Qəzza zolağında müharibəyə son
qoyulması və Fələstin silahlı qruplarının hələ də saxladığı
girovların buraxılması ilə bağlı Birləşmiş Ştatların son təşəbbüsü
müzakirə edilib.
Ağ evin girişində Netanyahunu salamlayarkən müxbirin sualını
cavablandıran Tramp tezliklə sülhün bərqərarına "çox əmin" olduğunu
deyib.
ABŞ-nin sülh planı
Bundan əvvəl Vaşinqton bir neçə aparıcı ərəb və islam ölkəsinə 20
bəndlik plan təqdim edib.
Ağ ev bazar ertəsi Qəzzada sülh planını dərc edib.
Plan bütün girovların dərhal azad edilməsi şərti ilə Qəzzada
atəşkəsi nəzərdə tutur. Bunun ardınca İsrail qoşunları Qəzzadan
tədricən çıxarılmalıdır. Sənəddə deyilir ki, İsrail Qəzza zolağını
ilhaq və ya işğal etməyəcək.
Ərazinin idarəsi fələstinlilərdən və beynəlxalq ekspertlərdən
ibarət texnokratik kabinetə keçməlidir, ABŞ, İsrail və Avropa
İttifaqında terror qruplaşması kimi tanınan HƏMAS siyasi prosesdə
iştirakdan kənarlaşdırılacaq. Qəzzanı tərk etmək istəyən HƏMAS
üzvlərinə icazə veriləcək. Razılaşma çərçivəsində qəzzalıların
köçürülməsi planlaşdırılmır.
Plan həmçinin D.Trampın başçılığı ilə beynəlxalq keçid orqanının
yaradılmasını nəzərdə tutur. Bu qurum Qəzzanın inkişafı və yenidən
qurulmasına cavabdeh olacaq. Zolağın özü "terrordan azad
deradikallaşdırılmış zona" olmalıdır, orada nizam-intizamı isə
beynəlxalq sabitləşdirici qüvvələr təmin etməlidir. Sənəddə deyilir
ki, Qəzzanın yenidən qurulması və Fələstin Muxtariyyətində aparılan
islahatlar uğurlu olarsa, Fələstin dövlətçiliyinə yol açıla bilər.
ABŞ fələstinlilərlə İsrail arasında dialoqa kömək edəcək.
Görüşdən sonra açıqlamalar
Netanyahu ilə görüşdən sonra birgə mətbuat konfransında D.Tramp
İsrail baş nazirinin ABŞ-nin təklif etdiyi planı dəstəklədiyini
açıqlayıb.
Prezidentin sözlərinə görə, HƏMAS-ın da buna razılaşacağına dair
müsbət siqnallar var:
"Əks halda, HƏMAS tamamilə məhv
olana qədər İsraili dəstəkləyəcəyik".
İsrailin baş naziri Trampın planı ilə razılaşdığını təsdiqləyib.
"Bütün girovlar qaytarılarsa, biz kiçik bir geri
çəkilməyə hazırıq. Növbəti addım HƏMAS-ın tamamilə tərksilah
edilməsidir", - Netanyahu bildirib. O, həmçinin
vurğulayıb ki, HƏMAS bundan imtina edərsə, İsrail "işi özü
bitirəcək".
HƏMAS-ın reaksiyası
HƏMAS nümayəndələri ABŞ-nin təklifindən xəbərdar olduqlarını,
lakin, hələlik, sənədin rəsmi mətnini almadıqlarını bildiriblər.
Qruplaşma müharibənin dayandırılmasına yönəlmiş istənilən
təşəbbüsləri nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.
Ötən həftə BMT Baş Assambleyasında Fransa, Böyük Britaniya və
Kanada da daxil, bir sıra ölkələr müstəqil Fələstin Dövlətini
tanıdığını elan edib. ABŞ bu addımı dəstəkləməyib.
İsrailin "12-ci kanal"ının müxbirinin verdiyi məlumata görə,
Netanyahu Ağ evdən Qətərin baş nazirinə zəng edərək sentyabrın 9-da
paytaxt Dohaya HƏMAS-ın yüksəkrütbəli üzvlərini hədəfə alan hücuma
görə üzr istəyib. HƏMAS onların sağ qaldıqlarını iddia edir, İsrail
bunu dolayısı ilə etiraf edir. İsrailin hərəkətləri Qətər və bir
sıra digər ölkələrdə qəzəb doğurub.
Xatırlatma
2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı
HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub,
251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada
hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox
insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin
səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs
aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil
edir.
Son bilgilərə görə, Qəzzada 48 israilli girov qalıb, onlardan
təxminən 20-si sağdır.
Tarixçə
Bir vaxtlar Britaniya mandatı altında olan Fələstin ərazisində
yəhudi (İsrail) və ərəb (Fələstin) dövlətlərinin yaradılması BMT
qətnamələrində də nəzərdə tutulub. İsrail 1948-ci ildə
müstəqilliyini elan edib, 1967-ci ildən sonra İordan çayının Qərb
sahilini və Qəzza zolağını nəzarətə götürüb. Bundan sonra qurulan
Fələstin Milli Administrasiyası yalnız Qərb sahilinin bir hissəsini
idarə edir. Qəzza zolağında isə 2007-ci ildən HƏMAS qruplaşması
hakimiyyətdədir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.