Tbilisi Dövlət Universitetinin (TDU) I korpusundan Azadlıq
meydanına doğru tələbələrin etiraz yürüşü davam edir.
Yürüş iştirakçıları Melikişvili prospektini tamamilə
bağlayıblar.
Onlar əllərində yazılı bannerlər var: “Haqsızlıq qanun halına
gələndə müqavimət vəzifəyə çevrilir!” Yürüşçülərin əlində Gürcüstan
bayraqları var. Onlar “Gürcüstan, Gürcüstan!” şüarı
səsləndirirlər.
Tələbələrin sözlərinə görə, bu günkü toplanışın məqsədi Vətən
uğrunda mübarizədir. Onlar bildirirlər ki, bu mübarizədə geri
çəkilmək olmaz.
“Bizim mesajımız odur ki, Gürcüstanı rus Bidzina
İvanişviliyə və Kobaxidzeyə verməyəcəyik. Gələcəyimizin azad və
müstəqil olmasını istəyirik. Gürcüstan rusiləşməyəcək və Bidzina
İvanişvili gənc nəsli öz çəngəlində saxlayamayacaq. Mübarizə
sonacan davam edəcək! Bizim yeganə məqsədimiz Vətən uğrunda
mübarizədir, bu mübarizədə geri çəkilmək olmaz! Bidzina İvanişvili
bizdən sürprizlər gözləsin və bu sürpriz qələbə ilə bitəcək.
Sürpriz ona bu günə qədər görmədiyi şey olacaq. Çoxlu insanlar
çıxacaq; bu onun üçün sürpriz olacaq. Ona görə də gözlə
görmədiyini! Sülhsevər inqilab. İnqilab pis söz
deyil”, — deyə yürüş iştirakçılarından biri, Datuna
Danelia bildirib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.