“Burada dayananlar möcüzələrə inanmır, buradakılar provokasiyalara
inanmır.
İndi baş verənlər əsl provokasiyadır, kimin ssenarisi üzrə
planlaşdırıldığını bilmirəm, amma bu, bu gün rejimə qarşı duran,
yəni dinc etirazı ya dağıtmaq, ya da buradan qovmaq cəhdidir” –
bunu Rustavelidəki aksiyada iştirak edən Gürcüstanın beşinci
prezidenti Salome Zurabişvili deyib və o, Atonel prezident sarayı
yaxınlığında baş verən hadisələrə reaksiya verib.
Onun sözlərinə görə, sülhsevər aksiya davam etməlidir və sabah
Rustaveliyə daha çox insan gəlməlidir.
“Baxın buraya, buradakı bütün insanlar bu günkü seçkiləri
etiraz etmək və 310 gündür davam edən sülhsevər etirazı davam
etdirmək üçün buradadırlar – buradakıların heç biri möcüzələrə
inanmır, provokasiyalara inanmır. İndi baş verənlər tam
provokasiyadır, kiminsə ssenarisi üzrə planlaşdırıldığını bilmirəm,
amma bu, bu gün rejimə qarşı duran, yəni sülhsevər etirazı ya
dağıtmaq, ya da buradan qovmaq cəhdidir. Əsas odur ki, burada
dayanışma davam etsin, dinc dayanışma ki, ona heç nə edə bilməzlər.
Mən sabah da burada olacağam və sabah çoxlu sayda olmalıyıq ki, bu
provokasiya dinc etirazın qələbəsi ilə başa çatsın” – deyə
Zurabişvili bildirib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.