Bütün aksiyanın iştirakçılarını polisin qanuni göstərişlərinə tabe
olmağa və situasiyanın süni şəkildə gərginləşməsinə yol verməməyə
çağırırıq.
“Hazırkı aksiya Toplantılar və Mitinqlər haqqında qanunda nəzərdə
tutulmuş normaları aşmışdır” – bu barədə Daxili İşlər Nazirliyinin
bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, aksiyanın təşkilatçıları tərəfindən
inzibati binaların zəbt edilməsini hədəfləyən zorakı çağırışlar
səsləndirilib.
“Təşkilatçılar Atoneldə yerləşən Prezident Sarayının hasarlarını
zədələmiş
və binaya daxil olmağa cəhd göstərmişlər.
Daxili İşlər Nazirliyi bir daha bütün aksiyanın iştirakçılarını
polisin qanuni göstərişlərinə tabe olmağa və situasiyanın süni
şəkildə gərginləşməsinə yol verməməyə çağırır. Əks halda,
hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş müvafiq
tədbirləri həyata keçirəcək” – deyə bəyanatda bildirilir.