Marneulinin bütün 20 majoritar dairəsində “Gürcü Arzusu”nun namizədləri qalib gəlib
Bələdiyyə seçkilərində Marneulinin 20 majoritar dairəsindən dördündə yalnız “Gürcü Arzusu” namizədlər irəli sürmüşdü. Ən çox, 3 majoritar namizəd, Tamarisi icmasında qeydiyyata alınmışdı.

Marneuli şəhərinin 1 saylı seçki dairəsində “Gürcü Arzusu”nun rəqibsiz namizədi Vasil Xaxulaşvili olub. MSK-nın məlumatına görə, o, seçkilərdə 1871 səs alıb ki, bu da 100%-dir.

Marneuli şəhərinin 2 saylı seçki dairəsində “Gürcü Arzusu”ndan Tariyel Məmmədov və “Lelo”dan Ana Səfərova mübarizə aparırdılar. Ana Səfərova 87 səs, Tariyel Məmmədov isə 2748 səs qazanıb (96.931%).

Marneuli şəhərinin 3 saylı seçki dairəsində “Gürcü Arzusu”nun namizədi Anar Piriyev 4366 səs alıb, həmin dairədə qeydiyyatda olan “Lelo”nun namizədi Elnur Nəbiyev isə 120 səs qazanıb.

Şaumyani qəsəbəsinin 4 saylı dairəsində “Gürcü Arzusu”nun rəqibsiz namizədi Levon Akopyan 1363 səs alıb, bu rəqəm isə 100% deməkdir.

Algeti icmasının 5 saylı dairəsində “Gürcü Arzusu”ndan Mahir Bayramov mübarizə aparıb. O, 2942 səs toplayıb (81.996%), həmin dairədə qeydiyyatdan keçmiş “Lelo”nun namizədi Naqim Bayramov isə 646 səs (18.004%) alıb.

6 saylı majoritar dairədə, Ağkörpü icmasında “Gürcü Arzusu”ndan Qurqen Qoğian 390 səs alıb, “Lelo”dan Faril Ağacanov isə 3 səs.

7 saylı majoritar dairədə, Dəmyə-Görarxı icmasında Adil Qurbanov 1378 səs alıb, “Lelo”dan Nizami Məmmədov isə 212 səs.

8 saylı majoritar dairədə, Tamarisi icmasında – ən çox namizədin qeydiyyata alındığı yerdə – “Gürcü Arzusu”ndan Dimitri Abramişvili 618 səs alıb.
“Konservatorlar Gürcüstan naminə” namizədi Coni Koçqian 125 səs, “Lelo”nun namizədi Ekaterine Parexelaşvili isə 37 səs toplayıb.

9 saylı dairədə, Qasımlı icmasında “Gürcü Arzusu”nun namizədi Bünyad Tükənov 2926 səs, “Lelo”nun namizədi Ceyhun Əhmədov isə 216 səs alıb.
Tsereteli icmasının 10 saylı dairəsində “Gürcü Arzusu”ndan Marina Maçaraşvili 1479 səs alıb, həmin dairədə “Lelo”nun namizədi Zurab Sxirtladze isə 192 səs.

11 saylı majoritar dairədə “Gürcü Arzusu”nun rəqibsiz namizədi Aleksandre Urumov 128 səs toplayaraq, səslərin 100%-ni əldə edib.

12 saylı majoritar dairədə, Sadaxlı icmasında “Gürcü Arzusu”ndan Ayaz Xudiyev 5190 səs alıb. “Lelo”nun namizədi Adilxan Naibov isə 1305 səs toplayıb.

13 saylı majoritar dairədə, Kəpənəkçi icmasında “Gürcü Arzusu”ndan Nazilə Mustafayeva 3343 səs, “Lelo”dan Gülməmməd Qasımov isə 474 səs alıb.

14 saylı majoritar dairədə, Kürtlər icmasında “Gürcü Arzusu”ndan Omar İrişov 3120 səs, “Lelo”dan Şamila Xəlilov isə 227 səs alıb.

15 saylı dairədə, Qaçağan icmasında “Gürcü Arzusu”nun namizədi Məharət Allahverdiyev 2029 səs, “Lelo”dan Bəxtiyar Hümbətov isə 302 səs qazanıb.

16 saylı dairədə, Qızılhacılı icmasında “Gürcü Arzusu”ndan Ceyhun Çoidarov 3946 səs alıb. Həmin dairədə “Lelo”nun namizədi Qara Orucov isə cəmi 10 səs.

17 saylı dairədə, Qullar icmasında Xaqani Osmanov 1721 səs alıb, “Lelo”nun namizədi Hümbət Cəlilov isə 56 səs.

18 saylı dairədə, Şulaver icmasında “Gürcü Arzusu”ndan Taleh Binnətov 1842 səs, “Lelo”dan Ceyhun Qarayev isə 318 səs qazanıb.

19 saylı dairədə, Tserakvi icmasında “Gürcü Arzusu”ndan Vano Burnadze 398 səs, “Lelo”dan Şota Xorbaladze isə 2 səs alıb.

20 saylı majoritar dairədə, Xocerni icmasında “Gürcü Arzusu”nun rəqibsiz namizədi Arsen Axverdian 1024 səs toplayıb.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 4-də keçirilib.
Seçki prosesi əv
vəlki seçkilərdən fərqli olub, çünki müxalifət partiyalarının əksəriyyəti boykot səbəbi ilə iştirak etməyib. Onlar bəyan edirlər ki, 2024-cü ilin parlament seçkilərini tanımırlar və qeyri-legitim hökumətin təyin etdiyi seçki komissiyasına etibar etmirlər.
Beynəlxalq və yerli müstəqil təşkilatların çoxu seçkilərə nəzarət etməyib.
Print Email
FaceBook Twitter Google