Bələdiyyə seçkilərində Marneulinin 20 majoritar dairəsindən
dördündə yalnız “Gürcü Arzusu” namizədlər irəli sürmüşdü. Ən çox, 3
majoritar namizəd, Tamarisi icmasında qeydiyyata
alınmışdı.
Marneuli şəhərinin
1 saylı seçki dairəsində “Gürcü
Arzusu”nun rəqibsiz namizədi Vasil Xaxulaşvili olub. MSK-nın
məlumatına görə, o, seçkilərdə 1871 səs alıb ki, bu da
100%-dir.
Marneuli şəhərinin
2 saylı seçki dairəsində “Gürcü
Arzusu”ndan Tariyel Məmmədov və “Lelo”dan Ana Səfərova mübarizə
aparırdılar. Ana Səfərova 87 səs, Tariyel Məmmədov isə 2748 səs
qazanıb (96.931%).
Marneuli şəhərinin
3 saylı seçki dairəsində “Gürcü
Arzusu”nun namizədi Anar Piriyev 4366 səs alıb, həmin dairədə
qeydiyyatda olan “Lelo”nun namizədi Elnur Nəbiyev isə 120 səs
qazanıb.
Şaumyani qəsəbəsinin
4 saylı dairəsində “Gürcü
Arzusu”nun rəqibsiz namizədi Levon Akopyan 1363 səs alıb, bu rəqəm
isə 100% deməkdir.
Algeti icmasının
5 saylı dairəsində “Gürcü
Arzusu”ndan Mahir Bayramov mübarizə aparıb. O, 2942 səs toplayıb
(81.996%), həmin dairədə qeydiyyatdan keçmiş “Lelo”nun namizədi
Naqim Bayramov isə 646 səs (18.004%) alıb.
6 saylı majoritar dairədə, Ağkörpü icmasında
“Gürcü Arzusu”ndan Qurqen Qoğian 390 səs alıb, “Lelo”dan Faril
Ağacanov isə 3 səs.
7 saylı majoritar dairədə, Dəmyə-Görarxı icmasında
Adil Qurbanov 1378 səs alıb, “Lelo”dan Nizami Məmmədov isə 212
səs.
8 saylı majoritar dairədə, Tamarisi icmasında – ən
çox namizədin qeydiyyata alındığı yerdə – “Gürcü Arzusu”ndan
Dimitri Abramişvili 618 səs alıb.
“Konservatorlar Gürcüstan naminə” namizədi Coni Koçqian 125 səs,
“Lelo”nun namizədi Ekaterine Parexelaşvili isə 37 səs toplayıb.
9 saylı dairədə, Qasımlı icmasında “Gürcü
Arzusu”nun namizədi Bünyad Tükənov 2926 səs, “Lelo”nun namizədi
Ceyhun Əhmədov isə 216 səs alıb.
Tsereteli icmasının 10 saylı dairəsində “Gürcü Arzusu”ndan Marina
Maçaraşvili 1479 səs alıb, həmin dairədə “Lelo”nun namizədi Zurab
Sxirtladze isə 192 səs.
11 saylı majoritar dairədə “Gürcü Arzusu”nun
rəqibsiz namizədi Aleksandre Urumov 128 səs toplayaraq, səslərin
100%-ni əldə edib.
12 saylı majoritar dairədə, Sadaxlı icmasında
“Gürcü Arzusu”ndan Ayaz Xudiyev 5190 səs alıb. “Lelo”nun namizədi
Adilxan Naibov isə 1305 səs toplayıb.
13 saylı majoritar dairədə, Kəpənəkçi icmasında
“Gürcü Arzusu”ndan Nazilə Mustafayeva 3343 səs, “Lelo”dan Gülməmməd
Qasımov isə 474 səs alıb.
14 saylı majoritar dairədə, Kürtlər icmasında
“Gürcü Arzusu”ndan Omar İrişov 3120 səs, “Lelo”dan Şamila Xəlilov
isə 227 səs alıb.
15 saylı dairədə, Qaçağan icmasında “Gürcü
Arzusu”nun namizədi Məharət Allahverdiyev 2029 səs, “Lelo”dan
Bəxtiyar Hümbətov isə 302 səs qazanıb.
16 saylı dairədə, Qızılhacılı icmasında “Gürcü
Arzusu”ndan Ceyhun Çoidarov 3946 səs alıb. Həmin dairədə “Lelo”nun
namizədi Qara Orucov isə cəmi 10 səs.
17 saylı dairədə, Qullar icmasında Xaqani Osmanov
1721 səs alıb, “Lelo”nun namizədi Hümbət Cəlilov isə 56 səs.
18 saylı dairədə, Şulaver icmasında “Gürcü
Arzusu”ndan Taleh Binnətov 1842 səs, “Lelo”dan Ceyhun Qarayev isə
318 səs qazanıb.
19 saylı dairədə, Tserakvi icmasında “Gürcü
Arzusu”ndan Vano Burnadze 398 səs, “Lelo”dan Şota Xorbaladze isə 2
səs alıb.
20 saylı majoritar dairədə, Xocerni icmasında
“Gürcü Arzusu”nun rəqibsiz namizədi Arsen Axverdian 1024 səs
toplayıb.
Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 4-də
keçirilib.
Seçki prosesi əv
vəlki seçkilərdən fərqli olub, çünki müxalifət
partiyalarının əksəriyyəti boykot səbəbi ilə iştirak etməyib. Onlar
bəyan edirlər ki, 2024-cü ilin parlament seçkilərini tanımırlar və
qeyri-legitim hökumətin təyin etdiyi seçki komissiyasına etibar
etmirlər.
Beynəlxalq və yerli müstəqil təşkilatların çoxu seçkilərə nəzarət
etməyib.