Şalva Papuaşvili: “Ölkəmizi qarışdırmağa və piyada kimi istifadə etməyə çalışan bir qrup var”

“Gürcü Arzusu”nun Parlament sədri Şalva Papuaşvili 4 oktyabr hadisələrini şərh edərkən, həm də xarici siyasətçilərdən və “Brüsselin bürokratlarından” danışıb.


“Cinayətə hazırlıq mərhələsində də, onun gedişində də, sonrasında da, heç bir xarici, Brüsselin bürokratı və ya ayrı-ayrı ölkələrin rəsmi şəxsləri nəinki zorakılığı və cinayəti qınamadılar, heç ondan fərqlənmədilər belə”, – dedi Papuaşvili 5 oktyabrda keçirilmiş brifinqdə.

Onun sözlərinə görə, yalnız cinayəti dəstəkləyən şüarlar və demokratiya, azadlıq barədə ümumi, boş cümlələr səslənib. Bu cümlələr isə, dediyinə görə, bütün dünya tərəfindən canlı yayımla izlənilən kütləvi cinayət fonunda daha da kinayəli görünürdü:

“Biz dövlət çevrilişi cəhdinə koordinasiyalı informasiya dəstəyini gördük. Cəmiyyətin yaxşı tanıdığı simalar Gürcüstanla bağlı oxşar mətnlər paylaşırdılar. Aydın idi ki, bunlar kontekstdən çıxarılmışdı, çünki görünürdü ki, dünənki çevriliş uğursuzluğa düçar olacaqdı”.

Papuaşvili qeyd edib ki, Gürcüstana qarşı zərərli maraqları olan bir qrup mövcuddur və onlar ölkəni qarışdırmağa, piyada kimi istifadə etməyə çalışırlar:

“Görünür, əvvəlcədən hazırlanmış mətnlər də vardı ki, müəyyən məqamda yayımlandı və onların məqsədi kənardan təhrik funksiyasını yerinə yetirmək idi. Biz eyni simaları görürük – illərlə ölkəmizi sarsıtmağa çalışanları. Xüsusilə son üç ildə onların daimi cəhdlərini izləyirik. Onlarda ölkəmizin dinc inkişafına qarşı nə empatiya, nə mərhəmət, nə də maraq var. Onların azadlıq və demokratiya barədə bütün danışdıqları boş sözlərdir. Əslində isə, bunun arxasında çox soyuq hesablanmış siyasi və geosiyasi maraqlar dayanır – Gürcüstan sadəcə bir ərazi, gürcülər isə yalnız bu ölkənin əhalisi kimi görülür”, – deyə Şalva Papuaşvili bildirib.

Daxili İşlər Nazirliyi 4 oktyabrda “Rustaveli prospekti”nin liderləri Paata Burçuladze və Murtaz Zodelavanı, “Vahid Milli Hərəkat” üzvü İrakli Nadiradzeni, “Strategiya Aqmaşenebeli” partiyasının liderlərindən Paata Mancqaladzeni və polkovnik Laşa Beridzeni saxlayıb.

DİN nazirinin müavini Aleksandre Daraxtvelidzenin
sözlərinə görə, saxlanılanlara “Gürcüstanın konstitusiya quruluşunu zorakı yolla dəyişməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış, eləcə də qrup halında zorakılığı təşkil, idarə və iştirak” ittihamları irəli sürülüb.

4 oktyabrda, Tbilisidə, bələdiyyə seçkiləri ilə paralel olaraq, “hakimiyyətin sülh yolu ilə devrilməsi” məqsədilə kütləvi etiraz aksiyası planlaşdırılmışdı.
Vətəndaşlar əvvəlcə Rustaveli prospekti və Azadlıq meydanına toplaşıblar, sonra Murtaz Zodelavanın çağırışı ilə prezident administrasiyası binasına – Atoneli küçəsinə tərəf irəliləyiblər. Bir neçə nəfər həyətin baryerini də dağıdıb.

“Gürcü Arzusu” hökumətinin Baş naziri və partiyanın sədri İrakli Kobaxidze isə deyib ki, devirmə cəhdi iflasa uğradı və onda iştirak edən hər kəs ciddi cəzalandırılacaq. Onun sözlərinə görə, “30-dan çox vicdansız zorakı həbs olunmalı olacaq”.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google