““Cənublu xasiyyətinə uyğun düşüncə ilə” sürətli qələbə cəhdi” idi,– Zodelava 4 oktyabr hadisələri barədə

4 oktyabr aksiyasının təşkilatçılarından biri, Murtaz Zodelava, saxlanılmasından bir neçə saat əvvəl bildirmişdi ki,

Prezident sarayı “ilk, sürətli qələbə” imkanı olduğuna görə seçilib, çünki həmin obyektə daha az xüsusi təyinatlı qüvvə cəlb olunmuşdu.

“Bu, sürətli qələbə qazanmaq cəhdi idi, kişilik nümayiş etdirmək cəhdi idi, çox adamın… Mən orada xüsusi təyinatlıların kordonuna çırpıldım”, – Zodelava 4 oktyabr
gecəsi “TV Pirveli”nin efirində deyib. Onun sözlərinə görə, bu “bir tətik idi, bizim cənublu xarakterimizdən istifadə etməklə, dərk etməklə – bəlkə belə alınar – cəhdi idi”, lakin “alınmadı”.

Canlı efirdə Zodelavaya sual verildi – Prezident Administrasiyasının “hasarını kim sökdü?”

“Mən şəxsən cəhd etdim, İrakli Nadiradze də, həmçinin o an imkan tapanlar şəxsi nümunə göstərdik, biz şəxsi nümunə verdik”, – deyə Zodelava bildirib. O həmçinin əlavə edib ki, hərçənd bu konkret cəhd alınmadı, amma “mübarizə başlayıb” və “ölkədə inqilab başlayıb”.

“O, təşkilatlanmaq daha çətindir, hətta mümkünsüzdür, çünki tam diktaturadır. Resurslu insanlarla danışmayın, faydası yoxdur… ona vaxt sərf etməyin. Özünüz kimi ürəyi yanıq olanları axtarın, sizin kimi adamları – daha çox fayda, daha çox dəstək və daha çox sirr saxlamaq olacaq”, – deyə Murtaz Zodelava bildirib.

Saxlanılmasından bir neçə saat əvvəl, Murtaz Zodelava bir neçə gün davam edəcək “dinc inqilab”ın başladığını elan etmişdi. Bundan öncə aksiyanın təşkilatçıları bildirirdilər ki, “dinc inqilab” 4 oktyabrda başlayacaq və həmin gün də başa çatacaq. 4 oktyabr gecəsi, Murtaz Zodelava jurnalistlərə şərh verdiyi zaman Tbilisidə, Rustaveli prospektində polis qüvvələri tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında həmçinin İrakli Nadiradze, Paata Manjqaladze və Laşa Beridze də var. Daxili İşlər Nazirliyinin məlumatına görə, onlara 9 ilə qədər həbs cəzası verilə bilər. Həmçinin güman edilir ki, istintaqın gedişatına uyğun olaraq daha çox şəxs həbs olunacaq.

4 oktyabrda paytaxtda baş verən hadisələrlə bağlı Cinayət Məcəlləsinin dörd maddəsi üzrə iş açılıb:

  • 317-ci: Gürcüstanın konstitusion quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış;
  • 225-ci: qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya iştirak;
  • 222-ci: strateji və ya xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsi və ya bloklanması;
  • 187-ci: əşyanın zədələnməsi və ya məhv edilməsi.

4 oktyabrda, bələdiyyə seçkiləri ilə paralel olaraq, “Rustaveli” hərəkatı “xalq yığıncağı” keçirməyi planlaşdırmışdı. Təşkilatçıların izahına görə, məqsəd “dinc inqilab”, “dinc devrilmə” idi. Bu tədbir kütləvi olub.

Vətəndaşlar Azadlıq meydanında toplaşdılar və təşkilatçı qrupun nümayəndəsi Murtaz Zodelavanın çıxışından sonra bir hissə Atoneli küçəsi ilə Prezident Administrasiyası binasına doğru hərəkət etdi, bir neçə nəfər isə həyətin hasarını dağıtdı.

 


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google