İrakli Kobaxidze: "Çox sayda insan cəzasını gözləməlidir"

“Gürcü Arzusu” hökumətinin Baş naziri və partiyanın sədri İrakli Kobaxidze bildirib ki, dövlətə və hüquq-mühafizə orqanlarına qarşı törədilmiş zorakılıqlara görə çox sayda insan cəza gözləməlidir.


Kobaxidzenin sözlərinə görə, artıq bir neçə nəfər, ilk növbədə çevriliş cəhdinin təşkilatçıları həbs olunub, lakin heç kim cəzasız qalmayacaq, çünki zorakılıq törədənlərə qarşı qanun çox sərt olacaq:

“Bizdə zorakılıq törədənlərin identifikasiyası
üçün ötən ilə, ondan əvvəlki ilə nisbətən daha geniş imkanlar var. Buna görə də dövlətə və hüquq-mühafizə orqanlarına qarşı zorakılıq törədən çoxlu sayda insan cəzasını gözləməlidir. Qanun onlara qarşı çox sərt tətbiq olunacaq. Ölkəmizin dinc inkişafı həm gürcü cəmiyyətinin, həm də dünən seçki məntəqələrinə tam səfərbərliklə gedərək ölkədə sülhün qorunmasına və inkişafına dəstək verən seçicilər qarşısında davam edəcək ki, bu da bizim əsas məsuliyyətimizdir”
– deyə İrakli Kobaxidze qeyd edib.

Daxili İşlər naziri Qela Qeladze də saxlanılanların sayının artacağını istisna etmir. Onun sözlərinə görə, əməliyyat və istintaq tədbirləri hazırda da davam edir:

“İstintaq qrup halında zorakılığın təşkilinə görə başlanıb, 5 nəfər saxlanılıb. Hazırda əməliyyat və istintaq tədbirləri aparılır və bütün şəxslər identifikasiya olunduqdan sonra hüquqi prosedurlara cəlb ediləcəklər”, – deyə Qeladze bildirib.

Sual üzərinə, saxlanılanların sayının artıb-artmayacağına cavab olaraq o, “əlbəttə ki” deyə cavab verib.

DİN oktyabrın 4-də “Rustavelis prospekti” liderləri Paata Burçuladze və Murtaz Zodelavanı, “Vahid Milli Hərəkat” üzvü İrakli Nadiradzeni, “Strategiya Ağmaşenebeli”nin liderlərindən biri Paata Mancqaladzeni və polkovnik Laşa Beridzeni saxlayıb.

Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, saxlanılanlara “Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış, həmçinin qrup halında zorakılığın təşkili, rəhbərliyi və iştirak” ittihamı irəli sürülüb.

4 oktyabrda, yerli özünüidarəetmə seçkiləri ilə paralel olaraq, Tbilisidə “hakimiyyətin dinc yolla devrilməsi” məqsədilə kütləvi etiraz aksiyası planlaşdırılmışdı. Vətəndaşlar əvvəlcə Rustaveli prospektində və Azadlıq meydanında toplaşıblar, daha sonra Murtaz Zodelavanın çağırışı ilə Prezident Administrasiyasının yerləşdiyi Atoneli küçəsinə yönəliblər. Bir neçə nəfər həyətin baryerini də aşaraq əraziyə daxil olub.

“Gürcü Arzusu” hökumətinin Baş naziri və partiya sədri İrakli Kobaxidze bildirib ki, çevriliş cəhdi baş tutmadı və bu prosesdə iştirak edən hər kəs sərt şəkildə cəzalandırılacaq. Onun sözlərinə görə, “30-dan qat-qat çox vicdansız zorakı şəxs həbs olunmalı olacaq.”

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google