DTX bəyan edib ki, 4 oktyabrda istifadə olunması planlaşdırılan döyüş sursatı aşkarlanıb

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, böyük miqdarda atıcı silah, döyüş sursatı və detonatorlu partlayıcı maddələr aşkar olunub.


DTX-nin bildirdiyinə əsasən, Ukraynada fəaliyyət göstərən hərbi bölmələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. böyük miqdarda silah, sursat və partlayıcı vasitələr əldə edib.

“Əlimizdə olan operativ məlumata görə, həmin döyüş sursatından 4 oktyabrda Tbilisidə təşkil olunmuş qrupun
zorakı toqquşmaları və Prezident Sarayını ələ keçirmə cəhdləri ilə paralel olaraq diversiya aktları üçün istifadə olunmalı idi”, –
bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Laşa Mağradze 5 oktyabrda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Tbilisinin mərkəzinə gətirilməsi planlaşdırılan silah və partlayıcı maddələri daşımalı olan şəxslərin dairəsi zərərsizləşdirilib.

“Xüsusi gizlədilmiş yerdə aşkar edilən silah, döyüş sursatı və partlayıcı vasitələr Tbilisi yaxınlığındakı meşə massivində gizlədilmişdi. Həmçinin müəyyən olunub ki, B.Ç.-nin sifarişi ilə detonator və onu işə salmaq üçün pult hazırlayan şəxs olub. Həmin şəxs artıq DTX-ya gətirilib və istintaq hərəkətləri aparılır. Cinayət işi üzrə B.Ç. barəsində də məsuliyyət müəyyən edilib və o, axtarışa veriləcək. Bu gün səhər tezdən onun mənzilində axtarış aparılıb, şəxsi mobil telefonu götürülüb. Telefonun yoxlanılması nəticəsində əsas sübutlardan biri – bir neçə videogörüntü əldə olunub. Həmin kadrlarda B.Ç. hələlik istintaq tərəfindən müəyyən edilməmiş şəxsə aldığı silah və sursatı göstərir və bununla bağlı hesabat verir”,
– Mağradze qeyd edib.

Araşdırma Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi ilə aparılır. Bu maddə odlu silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğunun qanunsuz alınması və ya saxlanılmasını nəzərdə tutur və üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google