Ukrayna prezidenti Volodimir Zelenski ötəngecəki videoçıxışında
Ukraynaya hücumlara beynəlxalq reaksiyanın olmamasını tənqid edib.
O deyib ki, zərbələrin miqyasının artmasına baxmayaraq,
"dünya buna layiqli və güclü cavab vermir".
"Məhz buna görə də (Rusiya prezidenti Vladimir) Putin
Qərbi, onun susqunluğunu, güclü reaksiyanın olmamasını sadəcə ələ
salır", – o əlavə edib.
Oktyabrın 5-də səhər Ukraynanın Polşa ilə
sərhəd yaxınlığındakı
Lvov vilayətinə Rusiyanın zərbələri Polşa və NATO müttəfiqlərini
qırıcı təyyarələri səfərbər etməyə, quru qüvvələrini hazırlıq
vəziyyətinə gətirməyə vadar edib.
"Rusiya məcbur edilməsə..."
Zelenski 5 oktyabr zərbələrindən azı beş nəfərin öldüyünü, 10
nəfərin xəsarət aldığını deyib. Ayrı-ayrı hücumlara azı 50 raket,
500-dək dron cəlb olunub.
Ukrayna prezidenti deyib ki, ABŞ və Avropa İttifaqı "Putini
dayanmağa məcbur etmək üçün hərəkətə keçməlidir".
Zaporojye şəhərinə hücumda bir qadın öldürülüb, doqquz nəfər
yaralanıb. Azı 73 min nəfərin işıqsız qaldığı xəbər verilib.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas hücumları qınayıb. O
deyib ki, Rusiya
"uğursuz yay hücumunu Ukrayna mülki
vətəndaşlarına və infrastrukturuna terror hücumları ilə ört-basdır
etməyə çalışır".
Kallas vurğulayıb ki,
"Aİ gərəkdiyi müddətcə Ukraynaya
dəstəyini davam etdirəcək: növbəti sanksiyalar paketini
yekunlaşdıracaq, maliyyələşdirməni təmin edəcək, silah tədarük
edəcək".
"Rusiya məcbur olunmayınca dayanmayacaq", – Kallas
oktyabrın 5-də sosial şəbəkədə yazıb.
Putinin xəbərdarlığı
Putin isə xəbərdarlıq edib ki, ABŞ Ukraynaya uzaqmənzilli
"Tomahawk" raketləri verərsə, bu, Moskva ilə Vaşinqtonun
münasibətlərinə ziyan vurar.
"Bu, bizim münasibətlərimizi, azından son vaxtların
pozitiv meyllərini məhv edər", – Putin oktyabrın 5-də
Rusiya dövlət televiziyasında yayımlanan videoda deyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens sentyabrda demişdi ki,
Vaşinqton Ukraynanın "Tomahawk" raketləri ilə bağlı müraciətini
nəzərdən keçirir. Amma bu barədə yekun qərarın verilib-verilmədiyi
bilinmir.
2 min 500 kilometr məsafəni qət edə bilən "Tomahawk" raketləri
Ukraynaya verilsə, Kiyev bu raketlərlə Rusiya ərazisinin böyük
hissəsini, o cümlədən Moskvanı vura bilər.
Rusiyanın bəzi bölgələrində, Krımda obyektlər
vurulub
Ukrayna oktyabrın 6-na keçən gecə Rusiyanın bir neçə bölgələrinə,
eləcə də ilhaq olunmuş Krımda müxtəlif obyektlərə hücum edib.
Rusiyanın bir sıra şəhərlərində Ukrayna dronlarının məhv edildiyi
və hava məkanının bağlandığı açıqlanıb. Belqorod və Voronej
vilayətləri, Krım üzərində dronlar vurulub.
Tombov, Nijni Novqorod, Yaroslavl, Kaluqa, Krasnodar, Soçi və
Gelencik aeroportlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Stavropol diyarında dron təhlükəsi elan edilib.
Moskva meri Sergey Sobyanin paytaxta doğru gələn dronun vurulduğunu
deyib.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 6-da səhər bildirib ki, ötən
gecə hava hücumundan müdafiə sistemləri 15 regionda, o cümlədən
Krımda, Azov və Qara dəniz akvatoriyalarında ümumilikdə 251 təyyarə
tipli dronu məhv edib.
Partlayıcı maddələr zavodu yerləşən Dzerjinsk və yaxınlıqdakı Nijni
Novqorod şəhəri üzərində partlayışlar olub. Rusiyanın "Shot"
Telegram kanalı yazır ki, şahidlər bu partlayışların Ukrayna
dronlarının vurulması ilə bağlı olduğunu bildiriblər.
Ukraynanın Telegram kanalları oktyabrın 6-da Dzerjinsk və Nijni
Novqorodda çəkildiyi iddia edilən videolar paylaşıb. Videolarda
səmada partlayışlar və yanğın görünür.
Yerli hakimiyyət, hələlik, şərh verməyib.
Krımın cənub-şərqində yerləşən Feodosiyada neft bazasında yanğın
başladığı bildirilir.
Bryansk vilayətinin sakinlərinə oktyabrın 5-də axşam raket
təhlükəsi xəbərdarlığı edilib. Yerli Telegram kanallarına görə,
xəbərdarlıqdan sonra Klinets şəhərindəki istilik elektrik
stansiyası yanmağa başlayıb.
Ötən axşam Ukrayna qüvvələrinin Belqorod şəhəri və ətrafına hücumu
nəticəsində elektrik təchizatı ciddi zədələnib, təxminən 40 min
nəfər işıqsız qalıb. Vilayət qubernatoru Vyaçeslav Qladkov beş
nəfərin xəsarət aldığını qeyd edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.