Sağçı populist Andrey Babişin ötən həftəsonu Çexiyada seçkidə qalib
gəlməsi onu Brüssel üçün daha bir problemli Mərkəzi Avropa ölkəsinə
çevirə bilər.
Babişin seçki kampaniyası Ukraynaya dəstəyi azaltmaq, Aİ ilə
miqrasiya və ətraf mühit siyasətləri üzrə mübarizə aparmaq vədləri
üzərində qurulub.
Keçmiş baş nazir və milyarder Babişə mediada bəzən "Çexiyanın
Donald Trampı" deyirlər. Onun ANO (BƏLİ) partiyası
seçkidə
asanlıqla 35 faiz səs toplayıb.
Nəticələr bilinincə Babiş təkpartiyalı azlıq hökuməti qurmaq
niyyətini açıqlayıb. Amma parlamentdə çoxluq üçün sağçı SPD daxil
iki kiçik partiya ilə danışıqlar aparacağını da deyib.
AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki, Brüsseldə
hələ panika olmasa da, bəzi rəsmilər Babişin Robert Fitso və ya
Viktor Orban olmadığını deyirlər.
Slovakiya və Macarıstan liderləri son illər blokda problemlər
yaradıblar – Rusiyaya qarşı sanksiyaları zəiflədib, yubadıblar;
Ukraynaya hərbi və iqtisadi dəstəyi, Aİ-yə üzvlük danışıqlarını
yavaşladıblar; qanunun aliliyini zəiflədiblər.
Orban Avropada Babişi ilk təbrik edən lider olub.
Babiş 2017-ci ilin dekabrından 2021-ci ilin dekabrına qədər
Çexiyanın baş naziri olub.
Babiş hökuməti nələrə qarşı çıxa bilər
"Globsec" təhlil mərkəzində Çexiya-Aİ siyasətini izləyən Filip
Nerad AzadlıqRadiosuna deyib ki, Babiş hökuməti Aİ-nin "Yaşıl
razılaşma" kimi böyük təşəbbüslərinə daha tənqidi yanaşacaq. Bu
təşəbbüs 2050-ci ilə qədər blokun iqlim baxımından neytral olmasını
hədəfləyir. Məqsəd iqlim dəyişikliyini önləmək üçün karbon izini
minimuma salmaqdır.
O həmçinin deyib ki, Babiş gələn il qüvvəyə minəcək, Aİ-də ümumi
sığınacaq sistemi yaratmağı hədəfləyən miqrasiya paktına
qarşıdır.
Ancaq 71 yaşlı lider Budapeştdən və Bratislavadan fərqli mövqedə
ola bilər. Bu isə Brüsselin Praqa ilə müəyyən səviyyədə əməkdaşlıq
edəcəyinə ümid yaradır.
Seçkidə digər üç populist partiya – SPD, "Motoriste sobye" (AUTO)
və "Staçilo!" (Yetər!) gözlənildiyindən zəif nəticə göstərib.
"Staçilo!" parlamentə daxil olmaq üçün gərəkən 5 faizlik baryeri
keçə bilməyib. Bu, Babiş üçün potensial koalisiya tərəfdaşının
itirilməsi deməkdir.
Slovakiya doğumlu Babiş AUTO və SPD partiyalarının siyasi dəstəyi
ilə yalnız ANO nazirlərindən ibarət azlıq hökuməti qurmaq istəyə
bilər. Amma təhlilçilər partiyalar arasında danışıqların çətin
olacağını deyirlər.
Prezident amili
Hökuməti zəif və qeyri-sabit olarsa, Babiş hakimiyyətdən getməkdə
olan ənənəvi partiyalara üz tutmaq məcburiyyətində qala bilər.
Digər tərəfdən, seçki kampaniyası dövründəki ritorikası tez-tez
Aİ-yə qarşı yönəlsə də, çexlər arasında populyar olan, Babişi
balanslaşdıra biləcək qərbyönlü prezident Petr Pavellə yanaşı
işləmək üçün mərkəzə meyllənməyə məcbur qala bilər.
Pavel böyük gücə malik deyil, amma kabinet nazirlərini o
təsdiqləyir. O artıq bildirib ki, Babişin hökumətini təsdiqləmək
üçün heç bir "antisistem" namizədi qəbul etməyəcək.
ANO-dan Karel Havliçek və Adam Voytex daha öncə nazir postlarında
Brüsseldə yaxşı qəbul olunublar.
Babişin özünə gəlincə, praktik səbəblərdən Qərbə yaxın qalmaq
istəyir.
Kənd təsərrüfatı və mediadakı biznes maraqları Avstriya və
Almaniyaya bağlıdır, Aİ-nin ayırdığı puldan asılıdır.
Babiş Çexiyanın NATO qarşısında öhdəliyinə əməl edəcəyini vəd
edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.