Kaxa Kaladze: Avropa İttifaqı ümumiyyətlə maraqlı deyil

Kaxa Kaladze 4 oktyabr yerli özünüidarəetmə seçkiləri ilə bağlı Kaya Kallas və Marta Kosanın qiymətləndirməsinə cavab olaraq bildirib ki, “Avropa İttifaqı maraqlı deyil”.



“Mənim mövqeyim sadədir – nə Kallas, nə də Kosa sizə kömək etməyəcək, çünki gürcü xalqı sizə dəstək vermir. Avropa İttifaqı ümumiyyətlə maraqlı deyil, mənim üçün ən vacibi onun ali təmsilçisi – gürcü
xalqıdır. Bir şeyi başa düşməlisiniz, bu ölkənin sahibi və ağası sıravi vətəndaşlardır, burada gördüyünüz insanlar, ölkənin əhalisi, yoxsa kənardan kimlərsə deyil. Bunu yaxşı dərk edin”,
– deyə Kaxa Kaladze bildirib.

Avropa İttifaqının ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosa Gürcüstanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanatla çıxış ediblər və qeyd ediblər ki, “seçkilər fərqli fikirlərin genişmiqyaslı boğulması şəraitində keçirilib”.

Onlar həmçinin Gürcüstanda Avropa İttifaqının rolu ilə bağlı dezinformasiyaları, eləcə də Aİ səfirinə qarşı şəxsi hücumları rədd edib və pisləyiblər.


Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google