Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan və diversiya planlaşdırmaqda ittiham olunan şəxsə rəsmi ittiham irəli sürülüb
Prokurorluq bu gün səhər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan B.Ç. adlı şəxsə rəsmi ittiham irəli sürüb. DTX-nın məlumatına görə, o, diversiya aktı planlaşdırırmış.

O, “odlu silahların, döyüş sursatının, partlayıcı qurğuların və partlayıcı maddələrin qanunsuz əldə edilməsi və saxlanması” maddəsi ilə ittiham olunur.

İttiham sənədində “diversiya” və ya 4 oktyabr aksiyası ilə əlaqə barədə heç nə qeyd olunmayıb.

Prokurorluğun məlumatına görə, DTX-nın istintaqı nəticəsində müəyyən edilib ki, bu şəxs aşağıdakı silah və sursatı qanunsuz əldə edib:
  • pulemyot,
  • çoxlu sayda patron,
  • qumbaraatan,
  • tank əleyhinə mərmilər,
  • partlayıcı maddə — trotil,
  • 3 ədəd elektrik detonatoru,
  • 2 avtomatik silah.
İstintaqın versiyasına görə, o, bunları Mtsxeta bələdiyyəsində avtomobil yolunun yaxınlığında yerləşən meşə massivində gizlədib.

Prokurorluq onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.


“Diversiya aktları”
DTX 5 oktyabrda — seçkilər və prezident administrasiyasına yürüş cəhdinin ertəsi gün — bəyan edib ki, bu döyüş sursatı “4 oktyabrda prezident sarayını ələ keçirmə cəhdi ilə paralel diversiya aktlarında istifadə olunmalı idi.”

Xidmət həmçinin bildirib ki, təqsirləndirilən şəxs silah və sursatı “Ukraynada fəaliyyət göstərən hərbi bölmələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə” alıb, lakin həmin şəxsin kimliyi və bölmənin adı açıqlanmayıb.

DTX əlavə edib ki, “təhlükəsizlik əməkdaşlarının həyata keçirdiyi preventiv tədbirlər nəticəsində” bu silah-sursatı Tbilisinin mərkəzinə gətirməyi planlaşdıran şəxslər zərərsizləşdirilib.

Lakin “zərərsizləşdirilmə”nin konkret nə demək olduğu açıqlanmayıb və başqa şəxslərin saxlanılması barədə məlumat verilməyib.

Xidmət həmçinin bildirib ki, “B.Ç.-nin sifarişi ilə detonatorun pultunu hazırlayan şəxs artıq DTX-da dindirilib və istintaq hərəkətləri davam edir.”

Növbəti həbslər
Daxili İşlər Nazirliyi də 4 oktyabrda iki nəfəri birlikdə saxlayıb — “odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanması” ittihamı ilə.

Sonradan onlardan biri azadlığa buraxılıb, digəri isə ittihamla üzləşib.

DİN-in müavini Aleksandre Daraxvelidzenin 6 oktyabr gecəsi verdiyi açıqlamaya görə, onlardan birinin üzərində döyüş sursatı tapılıb:

“İstintaqla müəyyən olunub ki, götürülən sursat onun adına
qeydiyyatda olan silaha aid imiş, buna görə də saxlanılan şəxs azadlığa buraxılıb,”
— deyə Daraxvelidze bildirib.

Onunla birlikdə saxlanılan digər şəxsə isə rəsmi ittiham irəli sürülüb.

Daraxvelidzenin sözlərinə görə, həmin şəxsin üzərindən öz adına qeydiyyatda olan atəşli silah tapılıb.

Bundan başqa, Batumidə onun evi axtarılıb və orada “xüsusi hazırlanmış gizlədilmiş yer” aşkarlanıb. Oradan aşağıdakılar tapılıb:
  • çoxlu döyüş sursatı,
  • daraqlar,
  • qaz maskaları,
  • dəbilqələr,
  • radioötürücü cihaz,
  • təxminən 150 ədəd SIM kart.
Bu maddə üzrə cəza 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

Aleksandre Daraxvelidze bu həbslər barədə məlumatı həmin brifinqdə açıqlayıb — o brifinqdə həm də 4 oktyabr hadisələrinə görə 13 nəfərin saxlanıldığını bildirmişdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google