DİN 4 oktyabr aksiyası ilə bağlı 13 nəfəri saxlayıb
“Gürcü Arzusu” partiyasının Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, artıq 4 oktyabr hadisəsində “cinayətdə iştirak edən” 15 nəfər müəyyən olunub, onlardan 13 nəfər saxlanılıb, 2 nəfərin axtarışı isə davam edir.

“İstintaq çərçivəsində ilk mərhələdə hüquq-mühafizə orqanları tərəfindən cinayətdə iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13 nəfər məhkəmənin qərarı ilə saxlanılıb.

Bunlar: T.M., A.N.,
D.J., B.M., A.Q., E.Ş., Q.R., V.F., D.S., M.M., A.X., K.M. və S.M.-dir,”
– deyə Daraxvelidze bildirib.

İstintaq Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə aparılır:
  • • 317-ci maddə – Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış;
  • • 225-ci maddə – Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya ona qatılma;
  • • 222-ci maddə – Televiziya, rabitə və ya strateji əhəmiyyətli obyektlərin ələ keçirilməsi və ya bloklanması;
  • • 187-ci maddə – Əmlakın zədələnməsi və ya məhv edilməsi.
4 oktyabr aksiyasının gedişi
4 oktyabrda Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Təxminən saat 19:00-da Azadlıq Meydanında qurulan səhnədən Paata Burçuladze elan edib:

“Bu andan etibarən hakimiyyət xalqa məxsusdur.”

“Vahid Milli Hərəkat” üzvü Murtaz Zodelava isə meydandakı vətəndaşları prezidentin iqamətgahına yürüş etməyə çağırıb:

“Artıq boş aksiyalar bəsdir, Bidzinanın quluna çevrilmək bəsdir! Hamınızı kişi kimi davranmağa çağırıram. Xanımlar burada qalın, dağılmayın. Gürcüstan, bizə qoşulun! Biz Barataşvili tərəfdən çıxacağıq və prezident sarayının açarlarını ələ alacağıq. Bu, ilk addım olacaq.”

Zodelavanın bu çağırışından bir neçə dəqiqə sonra etirazçıların bir hissəsi Atonele küçəsində, Prezident Administrasiyasının qarşısına yığışıb.

Etirazçılardan bəziləri iqamətgahın darvazasını və hasarını dağıdaraq həyətə daxil olublar. Qısa müddət sonra orada xüsusi təyinatlı qüvvələr peyda olub. Onlar nümayişçiləri bibər qazı, su şırnağı və gözyaşardıcı qaz vasitəsilə dağıdıblar, həmçinin “qaz kapsulları” da tətbiq olunub.

Aksiya 16:00-da başlamalı idi. Bir neçə saat öncə Paata Burçuladze “4 oktyabr təşkilat komitəsinin” üzvlərini elan etmişdi:

Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze.

Bu nümayişə hazırlıq təxminən iki ay davam edib. “Vahid Milli Hərəkat”ın liderlərindən Levan Xabeişvili bəyan etmişdi ki, “4 oktyabrda inqilab baş verəcək.”

Xabeişvili 13 sentyabrda həbs olunmuşdu. Aksiyanın şüarları bunlar idi:

“4-də başlayırıq, 4-də bitiririk” və “Sülh yolu ilə çevriliş”.

4–5 oktyabr gecəsi aksiyanın təşkilat komitəsinin bütün beş üzvü saxlanılıb.

İttihamlar
Prokurorluğun məlumatına görə, Zodelava, Burçuladze, Nadiradze və Laşa Beridze prezidentin administrasiyasının həyətinə daxil olanlar arasında olub.
  • Murtaz Zodelava, Paata Burçuladze və İrakli Nadiradze – üç maddə ilə ittiham olunur:
1. 19-222-ci maddə, 2-ci hissə, “a” bəndi – Strateji və xüsusi əhəmiyyətli obyektləri ələ keçirməyə və bloklamağa cəhd, qrup halında törədildikdə;
2. 225-ci maddə, 1-ci hissə – Qrup halında zorakılığın təşkili və rəhbərliyi;
3. 317-ci maddə – Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış.
  • Laşa Beridze – iki maddə ilə ittiham olunur:
1. 19-222-ci maddə, 2-ci hissə, “a” bəndi (qeyd edilən eyni məzmunlu cəhd);
2. 225-ci maddə, 1-ci hissə.
  • Paata Manjqaladze – 225-ci maddə, 1-ci hissə (qrup halında zorakılığın təşkili).

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google