Amerikada da mal əti bahalanır
ABŞ-də proteinlə zəngin pəhrizlərin yayılması fonunda yetərincə mal əti istehsal olunmur. Bu da ölkəni idxaldan daha çox asılı edir. Bunu dünyanın ən böyük ət şirkətinin arxasında duran milyarder qardaşlardan biri deyib.

Ailəsi Braziliyanın JBS şirkətini təsis etmiş Uesli Batista deyib ki, ABŞ-də mal əti tarixdə görünməmiş həddə bahalana bilər, buna görə də daha çox ət idxal
olunmalıdır. Bu haqda "The Financial Times" yazır.

Avqustda ABŞ şəhərlərində bir funt (450 qram) mal ətinin qiyməti 6.32 dollara qalxıb ki, bu da ötən ildəkindən 13 faiz çoxdur.

FT yazır ki, prezidenti Donald Trampın apreldə açıqladığı "azadlıq günü" tariflərinə baxmayaraq, bu ilin birinci yarısında ABŞ 30 faiz çox mal əti idxal edib.

Braziliyadan mal ətinin idxalı 91 faiz artıb, avqustda isə azalıb. ABŞ Braziliya mallarına tarifləri 10 faizdən 50 faizə qaldırıb.

Ötən il aparılmış bir sorğu respondentlərin 71 faizinin daha çox protein yediyini üzə çıxarıb. 2023-cü ildə bu rəqəm 67, 2022-də 59 faiz idi.

Amma ABŞ-də mal ətinin bahalanmasının əsas səbəbi mal-qaranın azalması ilə izah olunur. Üstəlik, Amerikanın qərbində və cənub-şərqində quraqlıq nəticəsində otlaq sahələri azalıb, bu da mal-qaranın sayına təsirini göstərib.

Azərbaycanda da son aylar dana əti bahalanır, kilosu 17 manata yüksəlib. Müstəqil iqtisadçılar bahalanmanın səbəblərini örüş yerlərinin azalması, yem məhsullarının bahalığında görürlər. Bu ilin yeddi ayında ölkəyə ət idxalında da azalma baş verib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google