Ermənistandan onlarla yük maşını sürücüsü Rusiyadan deportasiya
oluna, yaxud onlara səyahət qadağası qoyula bilər.
Bu, Moskvanın immiqrasiya qanunlarını sərtləşdirməsi ilə
bağlıdır.
Rusiyaya viza tələbi olmayan ölkələrin vətəndaşları bu yaxınlaradək
Rusiyada ildə 180 günə qədər qala bilirdilər. Ötən il Rusiya
hökuməti bu müddəti 90 günə endirib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu dəyişiklik Rusiyaya
kənd təsərrüfatı məhsulları
və digər mallar daşıyan yük maşını
sürücülərinə təsir edib. Axı Rusiya Ermənistan üçün əsas ixrac
bazarıdır. Xeyli sayda sürücü hər ay bu böyük ölkəyə səfər edir,
hər səfərdə də bir neçə gününü orada keçirir.
Bəzi sürücülər oktyabrın 6-da “Azatutyun”a deyiblər ki, artıq 90
günlük müddət bitdiyindən Rusiyada "qara siyahı"ya salınıblar.
Rusiya polisi məhkəmə icazəsi olmadan onları deportasiya edə, üç il
müddətinə ölkəyə giriş qadağasını qoya bilər.
"Hökumətimiz bizə (bu dəyişiklik barədə) xəbərdarlıq
etməyib. Rusiyaya gedəndə bunu bilmirdik. Buna görə də indi işimizi
itiririk", - bir sürücü deyib.
O, Rusiyanın cənubundakı Vladiqafqaz şəhərindən telefonla danışıb,
deyib ki, yerli immiqrasiya mərkəzində 20-30 erməni sürücüsü
görüb.
"Yük maşını sürücülərinin 90 faizi, ehtimal ki, bu
limiti bitirib və qara siyahıya salınıblar", - bunu
başqa bir sürücü bildirib.
"Rusiyaya qayıda biləcəyimizi bilmirik. Buraya miqrant
kimi işləməyə gəlmirik. Sadəcə, girib çıxırıq. Bizim kimiləri üçün
nəsə yaxşı bir şey etməlidirlər", – onun həmkarı
gileylənib.
Ermənistan hökuməti məsələyə dərhal şərh verməyib. Bu məsələnin
Moskva qarşısında qaldırılıb-qaldırılmadığı bəlli deyil. Hökumətin
Miqrasiya Xidmətinə görə, keçən il Rusiya 1 min 100 ermənini
deportasiya edib.
2025-ci ilin yanvar-avqust aylarında Ermənistanın 5 milyard
dollarlıq ixracatının 37 faizini Rusiya təşkil edib. Kənd
təsərrüfatı məhsulları, hazır yeməklər və spirtli içkilərin
Ermənistandan ixracından ötrü Rusiya bazarı çox vacib sayılır.
Avqustun sonu və sentyabrın əvvəlində Rusiya hüquq-mühafizə
orqanları Ermənistanın "Spayka" aparıcı qida şirkətinə məxsus
100-dən çox ağır yük maşınını saxlayıb. "Azatutyun" bunun səbəbinin
hələ də qeyri-müəyyən qaldığını yazır. Nəticədə minlərlə erməni
fermeri üçün həyati vacib şirkətin fəaliyyəti pozulub.
Belə bir dönəmdə Moskva Ermənistan hökumətinə xəbərdarlıq edib ki,
Avropa İttifaqına (Aİ) qoşulmaq istəyi ciddi iqtisadi nəticələrə
yol açacaq. Aİ 2025-ci ilin yanvar-avqustunda Ermənistanın
ixracatının yalnız 1 faizini təşkil edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.