Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı
Gürcüstan Respublikasının Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə
ölkənin müxtəlif regionlarına qastrol səfərinə çıxıb.
Teatrın kollektivi tamaşaçılara Rafiel Eristavinin
“Əvvəlcə
öldülər, sonra evləndilər” və Əziz Nesinin
“Öldür
məni, əzizim” əsərləri əsasında hazırlanmış tamaşaları
təqdim edir.
Siğnaği və Saqareco şəhərlərinin mədəniyyət mərkəzlərində nümayiş
olunan
“Əvvəlcə öldülər, sonra evləndilər”
tamaşası tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanıb. Oktyabr
ayında həmin tamaşa Xvareli şəhər teatrında da təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru teatrın direktoru Turqay
Vəlizadədir.
Oktyabr ayında, həmçinin, Saqareco və Axmeta şəhərlərinin
teatrlarında Əziz Nesinin
“Öldür məni, əzizim”
əsərinin motivləri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək.
Bu tamaşanın rejissoru Qiorqi Apxazavadır.
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram
Teatrının direktoru Turqay Vəlizadədir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.