Qızılın qiyməti 4 min dollara yaxınlaşır – Gürcüstanda bir qramı neçəyə satılır?
Dünya bazarlarında qızılın qiyməti bahalaşmaqda davam edir. Hazırda qiymətli metalın dəyəri 4 min dollara yaxınlaşıb ki, bu da növbəti rekord göstərici hesab olunur.

Qızıl Gürcüstanda da bahalaşıb. Hazırda ən çox dəyəri artan növ 999 əyarlı, yəni “bacaxlo” qızıldır. Bir neçə həftə əvvəl 1 qramı 300 lariyə satılan qızıl bu gün 330–350 lari arasında dəyişir.
585 əyarlı qızılın qiyməti isə hələ də 230 lari civarında qalır.

Goldprice platformasının məlumatına görə, Tbilisi vaxtı ilə 6 oktyabr saat 16:00-a olan göstəriciyə əsasən, 1 unsiya qızılın qiyməti 3 936 ABŞ dolları təşkil edir. Bu, bir gün ərzində 1,25%, son bir ayda isə 6,89% artım deməkdir.

Ekspertlərin fikrincə, qiymətli metalın bahalaşmasının əsas səbəblərindən biri dünya miqyasında artan geosiyasi gərginlikdir. Bu səbəbdən investorlar sərmayələrini daha təhlükəsiz hesab olunan qızıl kimi aktivlərə yönəldirlər.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google