Aqil Mustafayev Marneuli Bələdiyyə Məclisinə daxil olub-olmayacağını hələ bilmir
“Lelo – Güclü Gürcüstan” Marneuli rayon təşkilatının rəhbəri Aqil Mustafayevin sözlərinə görə, “Gürcü Arzusu” partiyası seçki məntəqələrinə gələn seçicilərin sayını maksimuma çatdırıb ki, müxalifət partiyalarının nümayəndələrinin Bələdiyyə Məclisinə daxil olmaq imkanı qalmasın.

Mustafayev bildirib ki, 2025-ci il oktyabrın 4-də bütün Gürcüstanda keçirilən yerli özünüidarəetmə seçkiləri, xüsusilə Marneuli bələdiyyəsində, saxtalaşdırılıb.

“Hər kəs gördü ki, bu seçkilər əvvəldən axıra
qədər saxtalaşdırılıb. Üstəlik, bizim rayonda saxtakarlıq faktları daha çox olub və bununla bağlı sübutlar da var. Kim daha çox saxtakarlıq edəcəyini görmək üçün bir-biri ilə yarışırdı. 50 000 seçicinin sonuncu dəfə nə vaxt seçkilərdə iştirak etdiyini xatırlamıram – ümumiyyətlə, bu çox böyük rəqəmdir. Bütün Marneuli və bütün Gürcüstan bunu gördü. Bir məntəqədə 1728 səs toplamaq imkanı sıfıra bərabərdir,”
– Aqil Mustafayev deyib.

Onun sözlərinə görə, “Lelo – Güclü Gürcüstan” partiyası hələlik Marneuli Bələdiyyə Məclisində neçə mandat qazandığını dəqiq bilmir.

“MSK-nın nəticələrinin necə olacağını dəqiq bilmirəm, amma hesablamalarımıza görə, söhbət bir nəfərin Məclisə daxil olmasından gedir. Ümumiyyətlə, onlar müxalifətdən bir nəfəri belə Bələdiyyə Məclisinə buraxmamağı planlaşdırırdılar. Bu, “Gürcü Arzusu”nun planı idi. Əvvəla, seçkiyə gələn 4 000 seçiciyə – təhdidlərə, təzyiqlərə və şantajlara baxmayaraq seçkilərdə iştirak edib müxalifət partiyasına səs verdiklərinə görə – minnətdarlığımı bildirirəm,” – Aqil Mustafayev deyib.

Aqil Mustafayev “Lelo – Güclü Gürcüstan” partiyasının proporsional siyahısında birinci yerdədir. Bələdiyyə Məclisinə “Lelo” proporsional siyahı üzrə heç olmasa bir nəfəri daxil edə bilsə, Mustafayevin Məclisə daxil olub-olmaması məsələsi gündəmdə olacaq.

“Mənim Məclisə daxil olub-olmayacağım barədə hələ qərar verməmişəm. Mənim üçün ən önəmlisi aylardır çalışan komandanın qərarıdır. İkincisi isə təbii ki, bizə səs verən seçicilərin fikridir. Bu insanlar qərar verdikdən sonra mən də öz qərarımı açıqlayacağam,” – Mustafayev bildirib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” partiyası seçkilərdə 43 425 səs toplayıb ki, bu da seçkilərdə iştirak edənlərin 90,268 faizinə bərabərdir. “Lelo – Güclü Gürcüstan” isə Marneulidə 3 293 səs toplayıb, bu da seçkilərdə iştirak edənlərin 6,845 faizini təşkil edir.

Oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilib. Seçki prosesi əvvəlki seçkilərdən fərqli olub, çünki müxalifət partiyalarının əksəriyyəti etiraz əlaməti olaraq bu prosesə qatılmayıb. Onlar 2024-cü il parlament seçkilərini tanımadıqlarını və qeyri-legitim hökumətin təyin etdiyi seçki komissiyasına inanmadıqlarını bildiriblər.

Əksər beynəlxalq və yerli müstəqil təşkilatlar isə bu seçkiləri müşahidə etməyiblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google