İsrail və HƏMAS qruplaşması Qəzza sektorunda atəşkəs razılaşmasının
imzalandığını təsdiqləyiblər.
ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.
Atəşkəs razılaşması İsrail hökuməti onu təsdiqləyən kimi qüvvəyə
minəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
HƏMAS-ın rəhbəri İsraillə müharibənin bitdiyini bəyan edib. Bu
haqda "Reuters" Xəlil əl-Həyyaya istinadla yazıb. Onun dediyinə
görə, İsraillə razılaşma "Rəfah" sərhəd-keçid
məntəqəsinin hər iki
istiqamətdə açılmasını nəzərdə tutur. Həmçinin, o, İsrailin həbs
olunmuş fələstinlilərin hamısını azad edəcəyini deyib: vasitəçilər
və ABŞ administrasiyası HƏMAS-a müharibənin tamamilə bitdiyini
təsdiqləyən zəmanətlər verib.
ABŞ prezidenti Donald Tramp daha öncə demişdi ki, İsrail və HƏMAS
arasında münaqişədə "əsaslı" irəliləyiş əldə olunub. O, atəşkəs
sənədlərinin Misirdə imzalanacağını, özünün həftəsonu oraya səfər
edəcəyini əlavə edib. Tramp Qəzzanın tamamilə yenidən qurulacağını
da bildirib.
ABŞ prezidenti əlavə edib ki, bu, Ağ ev üçün həllini tapan
səkkizinci münaqişədir və Rusiya-Ukrayna müharibəsinin də həll
olunacağına ümid edir.
"Sky News Arabia" Misir mənbəsinə istinadla bildirib ki, tam
atəşkəsə və İsrail ordusunun Qəzza sektorunun 70 faizindən
mərhələli çıxarılmasına dair razılaşma əldə olunub. "Ynet"in
yazdığına görə, İsrail ordusu razılaşdırılmış xətlərə çəkiləndən
sonra Qəzza sektorunun 53 faizini nəzarətdə saxlayacaq. Bu isə ABŞ
prezidentinin sülh planında nəzərdə tutulandan təxminən 4 faiz
azdır.
9 oktyabr
İsrail və HƏMAS sülh planının birinci mərhələsinə
razılaşıb
İsrail ilə HƏMAS qruplaşması israilli girovların azad edilməsi
əvəzində İsrail ordusunun razılaşdırılmış bölücü xəttə çəkilməsi
üzrə razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp bu barədə
oktyabrın 8-də axşam "Truth Social" şəbəkəsində yazıb. ABŞ və Aİ
HƏMAS-ı terror təşkilatı kimi tanıyır. Bu qruplaşma 2023-cü il
oktyabrın 7-də İsrail ərazisinə hücum edərək 250 nəfəri girov
götürüb, 1200 nəfəri qətlə yetirib.
"Fəxrlə bildirirəm ki, İsrail və HƏMAS sülh planımızın
birinci mərhələsini gerçəkləşdirməyə razılaşıblar. Bu o deməkdir
ki, bütün girovlar yaxın zamanda azad ediləcək, İsrail isə
qoşunlarını qarşılıqlı razılaşdırılmış xəttə çəkəcək. Bu, möhkəm,
davamlı və daimi sülhə doğru ilk addımdır", –
prezident Tramp qeyd edib.
Razılaşmanın detalları, hələlik, bəlli deyil. İsrailin baş naziri
Benyamin Netanyahu HƏMAS-la razılaşmanın oktyabrın 9-da hökumətin
xüsusi iclasında təsdiqlənməli olduğunu bildirib. O, razılaşmanı
"həlledici dönüş nöqtəsi" adlandırıb, Donald Trampa onun əldə
olunmasında köməyinə görə təşəkkür edib. Razılaşma çərçivəsində
İsrail həbsxanalarından xeyli sayda fələstinlinin azad ediləcəyi
gözlənilir.
Sentyabrın sonunda prezident Tramp HƏMAS-ın israilli girovları
buraxması, əvəzində isə İsrailin təxminən 2 min fələstinlini azad
etməsini nəzərdə tutan sülh planını təqdim edib. Girov götürülmüş
48 israillinin taleyi hələ də bəlli deyil. Onlardan 20-sinin sağ
olduğu güman edilir.
Sülh planında HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada hakimiyyətdən
uzaqlaşdırılması da nəzərdə tutulur. Oktyabrın 4-də HƏMAS
qruplaşması açıq bəyan edib ki, planın bəzi bəndləri – israilli
girovların fələstinlilərlə dəyişdirməyə, Qəzzanın idarəçiliyində
iştirakdan imtinaya razıdır. Ancaq digər bəndlərin danışıqlarda
müzakirə edilməli olduğunu bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.