Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2024-cü
ildə Gürcüstanda muzdla çalışanların orta aylıq nominal əməkhaqqı
ötən illə
müqayisədə 11,5 faiz (204 lari) artaraq 1 970,8 lari təşkil
edib.
2024-cü ildə ötən illə müqayisədə əməkhaqları bütün sahələrdə
artıb. Fəaliyyət növlərinə görə ən yüksək maaş aşağıdakı sahələrdə
qeydə alınıb:
- İnformasiya və kommunikasiya – 3 923,1 lari (ötən illə
müqayisədə 1,7% artım);
- Maliyyə və sığorta fəaliyyəti – 3 677,6 lari (14,4%
artım);
- Peşəkar, elmi və texniki fəaliyyətlər – 2 823,4 lari (12,6%
artım).
“Sakstat”ın məlumatına əsasən, 2024-cü ildə qadınların orta aylıq
əməkhaqqı 1 591,6 lari, kişilərin isə 2 340,7 lari olub. Qadınlarda
əməkhaqqı artımı 166,2 lari (1
1,7%), kişilərdə isə 240,8 lari
(11,5%) təşkil edib. Fəaliyyət növlərinə görə demək olar ki, bütün
sektorlarda kişilərin orta aylıq maaşı qadınların maaşından yüksək
olub.
Dövlət sektorunda muzdla çalışanların orta aylıq maaşı 2024-cü ildə
qeyri-dövlət sektorundakı orta maaşdan 436 lari (20,6%) az olub.
2023-cü illə müqayisədə dövlət sektorunda maaşlar 13,0%,
qeyri-dövlət sektorunda isə 10,9% artaraq müvafiq olaraq 1 680,5 və
2 116,5 lari təşkil edib.
Sənaye sektorunda 2024-cü ildə muzdla çalışanların orta aylıq maaşı
197,2 lari (10,8%) artaraq 2 024,4 lari olub. Ən yüksək maaş
informasiya və kommunikasiya sahəsində (4 007,2 lari, artım – 1,2%)
və peşəkar, elmi və texniki fəaliyyətlər sahəsində (3 147,4 lari,
artım – 11,9%) qeydə alınıb.
Qeyri-kommersiya və maliyyə sektorunda isə orta aylıq əməkhaqqı
2023-cü illə müqayisədə 217,2 lari (13,2%) artaraq 1 866,8 lari
təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək maaş maliyyə və
sığorta fəaliyyəti sahəsində çalışanlarda müşahidə olunur — deyə
“Sakstat”ın hesabatında qeyd olunur.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.