Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Baço
Axalaia, “Milli Hərəkat” hakimiyyəti dövründə müdafiə naziri olmuş
şəxs, səs nümunəsinin götürülməsi üçün çağırılıb.
“4 oktyabrda Tbilisidə baş
vermiş hadisələrlə əlaqədar açılmış cinayət işinin istintaqı
çərçivəsində, oktyabrın 10-u, saat
13:00-da, 1980-ci il təvəllüdlü Baço Axalaia şahid qismində
dindirilməsi və səs nümunəsinin götürülməsi məqsədilə polis
bölməsinə çağırılıb”, – deyə Daxili İşlər
Nazirliyindən
bildirilib.
Baço Axalaianın həyat yoldaşı Ani Nadareişvili dünən, 9 oktyabrda,
sosial şəbəkədə həyat yoldaşının polisə çağırılması barədə məlumat
paylaşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı
təsdiqləyib, lakin səbəbini açıqlamayıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415