Nobel Sülh mükafatı Venesuela müxalifətçisinə verildi
2025-ci il Nobel Sülh mükafatının qalibi Venesueladan Mariya Korina Maçado oldu.

Mükafat ona Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz fəaliyyəti uğrunda apardığı mübarizəyə görə təqdim edilir.

Mükafatın laureatı oktyabrın 10-da Oslodakı Norveç Nobel İnstitutunda elan olunub.

Bu il bu mükafata 338 namizədin adları təqdim olunub.

Nobel Sülh mükafatına namizədlərin adları 50 il müddətinə gizli saxlanılır.

1901-ci ildən Nobel Sülh mükafatı qısa fasilələrlə 105 dəfə təqdim olunub. Onu 111 şəxs və 28 təşkilat əldə edib.

Ən gənc laureat isə mükafata 17 yaşında layiq görülən pakistanlı təhsil fəalı Malala Yusifzay olub.

9 oktyabr
Laslo Krasnahorkai
Ədəbiyyat üzrə Nobel macarıstanlı yazıçıya verildi
2025-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı macarıstanlı yazıçı Laslo Krasnahorkaiyə verilib. Yazıçı mükafata "apokaliptik terrorun ortasında sənətin gücünü təsdiqləyən təsirli və konseptual yaradıcılığına görə" layiq görülüb.

8 oktyabr
Susumu Kitaqava, Riçard Robson, Ömər Yaği

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
2025-ci il kimya üzrə Nobel mükafatının laureatları Yaponiyanın Kioto Universitetindən Susumu Kitaqava, Melburn Universitetindən britaniya-avstraliyalı Riçard Robson və ABŞ-nin Berkli şəhərindəki Kaliforniya Universitetindən professor Ömər Yaği (ABŞ, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşıdır, fələstinəsillidir) olub.

Nobel Komitəsi laureatları adlarını oktyabrın 8-də Stokholmda elan edib.

Alimlər metal-üzvi strukturlar sahəsində tədqiqatlara görə mükafata layiq görülüblər. Onlar "metal-üzvi çərçivələr" adlanan xüsusi material sinfini yaradıblar. Bu materiallar metal və üzvi birləşmələrdən ibarətdir, karbon və digər zəhərli qazları uda bilir. Onlardan havanın və suyun təmizlənməsində, hidrogenin saxlanmasında istifadə olunur.

7 oktyabr
Con Klark, Mişel Devor, Con Martinis

Fizika üzrə Nobel mükafatı kvant mexanikası tədqiqatçılarına verildi
Fizika üzrə Nobel mükafatı kvant mexanikası sahəsində tədqiqatlara görə amerikalı alimlər Con Klark, Mişel Devor və Con Martinisə verilib.

Nobel Komitəsi bildirir ki, alimlər mükafata "makroskopik kvant-mexaniki tunelin və elektrik dövrəsində enerjinin kvantlaşdırılmasının kəşfinə görə" layiq görülüblər.

Laureatların adları Stokholmda açıqlanıb.

Britaniyalı-amerikalı fizik C.Klark Berkli Kaliforniya Universitetinin eksperimental fizika professorudur, yüksəkkeçiriciliyi araşdırır.

Fransalı fizik M.Devor Yel Universitetində tətbiqi fizika professoru, "Google" şirkətinin "Quantum AI" proqramının elmi rəhbəridir.

Amerikalı fizik C.Martinis Santa-Barbara Kaliforniya Universitetinin professoru, "Google"un kvant kompüterləri və süni intellektlə bağlı layihələrinin iştirakçısıdır.

Oktyabrın 6-da tibb üzrə Nobel mükafatı laureatları elan edilib. Çərşənbə günü kimya, cümə axşamı ədəbiyyat, cümə günü isə Osloda Sülh Mükafatı laureatının adı açıqlanacaq.

Meri Brunkou, Fred Remsdell və Şimon Sakaquçi

6 oktyabr
Tibb üzrə Nobel immunologiya tədqiqatlarına verildi

Fiziologiya və tibb üzrə Nobel mükafatı immunologiya sahəsində aparılan tədqiqatlara görə verilib. Mükafatın qalibləri oktyabrın 6-da elan olunub.

Mükafatı ABŞ və Yaponiyadan olan üç alim – Meri Brunkou, Fred Remsdell və Şimon Sakaquçi alıblar. Onlar periferik immun tolerantlığı ilə bağlı tədqiqatlarına görə təltif olunublar.

Nobel Komitəsinin sədri Olle Kempe bildirib ki, onların kəşfləri immun sisteminin necə işlədiyini, niyə hamıda ciddi autoimmun xəstəliklərin inkişaf etmədiyini anlamaqda həlledici rol oynayıb.

1980-ci illərin əvvəllərində Sakaquçi müəyyən növ T-limfositlərin digər immun hüceyrələrinin fəaliyyətini üstələyərək siçanları autoimmun reaksiyalardan qoruya bildiyini aşkarlayıb.

Daha sonra Brunkou və Remsdellin ABŞ-də apardığı tədqiqatlar bu müşahidələri təsdiqləyib, həmin hüceyrələrin fəaliyyət mexanizmini və periferik immun tolerantlığın qorunmasındakı rolunu müəyyən edib.

Bu kəşflər müasir immunoterapiyanın əsasını qoyub. Bu terapiya tənzimləyici T-limfositlərin istifadəsinə yönəlib. Bu, hazırda tibb sahəsində sürətlə inkişaf edir, autoimmun xəstəliklərə qarşı yeni dərmanların yaradılmasına, transplantasiya olunan orqanların rədd edilmə riskinin azaldılmasına kömək edir.

Bu həftə Nobel mükafatlarının laureatları açıqlanır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google