Belarus müxalifətinin mühacirətdəki lideri Svetlana Tixanovskaya
Vilnüsdə yaşadığı mühafizə olunan evi tərk etməli olacaq.
Səbəb Litva hökumətinin onun mühafizə səviyyəsini endirməsidir. Bu
barədə onun köməkçilərindən biri Qərb səfirliklərinə məktubunda
yazıb.
Məktubu AzadlıqRadiosu Aİ/NATO ölkəsindəki diplomatik mənbədən əldə
edib və daha iki mənbə onu təsdiqləyib. Məktubda deyilir ki, qərar
Tixanovskayanın ofisinə oktyabrın 1-də bildirilib, təhlükəsizlik
tədbirlərinin azaldılmasına isə
oktyabrın 6-dan başlanılıb.
Tixanovskaya son beş ildə həmin evdə yaşayıb.
"Bizə
bildirildi ki, o, bu evi iki-üç həftə içində tərk etməlidir. Yaxın
mühafizə xidməti də ləğv olunub", – məktubda
deyilir.
Diplomatik mənbələr Tixanovskayanın 24 saatlıq mühafizə xidmətini
itirəcəyini, daha aşağı səviyyəli polis mühafizəsi ilə təmin
olunacağını bildiriblər. Onun iki köməkçisi durumla bağlı hökumət
təmsilçiləri ilə təmasda olduqlarını təsdiqləyib, amma rəsmi
tələbin irəli sürülmədiyini bildirib.
Tixanovskayanın özü bu məsələni şərh verməyib. Amma oktyabrın 9-da
sosial şəbəkədə yazıb:
"Əngəllər bizi dayandırmayacaq.
Komandamla birlikdə siyasi məhbuslar uğrunda mübarizəni,
belarusluların maraqlarının müdafiəsini davam etdirəcək, dünya
ictimaiyyətinin diqqətini Lukaşenkonun cinayətlərinə
çəkəcəyik".
Təhlükəsizlik sarıdan narahatlıq
Bu qərar Tixanovskayanın təhlükəsizliyi ilə bağlı ciddi suallar
yaradıb, çünki Belarus xüsusi xidmət orqanlarının onu hədəfə
alacağı sarıdan narahatlıqlar var.
Qərb səfirliklərinə yazılan məktubda deyilir ki, oktyabrın 6-da
qərarın elanından sonra müxalifətçinin komanda üzvlərinin Belarusda
yaşayan qohumlarına təzyiqlərin artdığı müşahidə olunub və
"bu, Litvada təhlükəsizliyin azaldılması ilə birbaşa
bağlıdır".
Tixanovskaya Belarusu 2020-ci ilin ziddiyyətli prezident
seçkisindən sonra tərk etməyə vadar olunub. O vaxtdan Litva
hökumətinin rəsmi qonağı kimi orada yaşayır, Vilnüsdəki ofisdən
mühacirətdə olan Belarus müxalifət təşkilatına rəhbərlik edir.
Təhlükəsizlik tədbirləri azaldılandan onun ofisi müvəqqəti olaraq
məsafədən işləməyə başlayıb.
Rəsmi məlumatlara görə, Litvada 57 min 511 Belarus vətəndaşı
yaşayır. Onların çoxu iqtisadi səbəblərlə bu ölkədədir. Amma
Lukaşenko hakimiyyəti prezident seçkisindən sonrakı etirazları
zorakılıqla yatırandan sonra Belarusdan Litvaya qaçqınlar da
sığınıb.
Müxalifət liderləri, Avropa ölkələrinin əksəriyyəti Lukaşenkonun
altıncı dəfə prezident seçilməsini tanımayıblar. Onlar seçkilərin
saxtalaşdırıldığını bəyan ediblər.
Litva dəstəyin qaldığını deyir
Yayda Vilnüsdə hakimiyyətə yeni hökumət gəlib. Bəzi tənqidçilər bu
hökumətin Minsklə bağlı mövqeyini yumşaltdığını iddia edirlər. Amma
Litvanın xarici işlər naziri Kyastutis Budris oktyabrın 8-də
jurnalistlərə deyib ki, ölkəsinin Belarusla bağlı mövqeyi
dəyişməyib.
"Birgə görüləsi işimiz çoxdur. Litva hazırdır, mən də əməkdaşlığı
davam etdirməyə hazıram. Təhlükəsizliyin təşkilinə dair bütün
məsələlərin peşəkar və operativ həllinə ümid edirəm",
– Budris ELTA agentliyinə bildirib.
Daha öncə baş nazir İnqa Ruqinene Tixanovskayanın təhlükəsizlik
səviyyəsinin risk qiymətləndirilməsinə əsasən endirildiyini
söyləyib.
Litvanın ictimai televiziyasının məlumatına görə, Tixanovskayanın
təhlükəsizliyinə illik 1 milyon avro xərcin azaldılması qərara
təsir göstərib.
"Bu, açıq maliyyə məsələsidir. Həm də görünür ki, bu
səviyyədə qorunma zəruri deyildi", – bunu
hakimiyyətdə olan Sosial Demokratlar Partiyasının deputatı
Remiqiyus Motuzas ELTA-ya deyib.
Müxalifətdə olan keçmiş xarici işlər naziri Qabrielyus Landsberqis
isə bu qərarı "Litvanın Tixanovskayaya xəyanəti" kimi
dəyərləndirib:
"Qərarın arxasında hansı səbəblərin
dayandığı hələ də aydın deyil, amma bir şey aydındır – əsas qazanan
Lukaşenkodur. O, uzun müddət idi Tixanovskayanı kənarlaşdırmağa,
onu susdurmağa və legitimliyini sual altına almağa can
atırdı".
Buzlar əriyir
Bütün bunlar Lukaşenkonun 2020-ci ildən bəri qaldığı diplomatik
təcriddən çıxmağa çalışması fonunda baş verir. ABŞ prezidenti
Donald Trampla telefon söhbətindən sonra bir sıra siyasi məhbuslar,
o cümlədən Tixanovskayanın əri Sergey Tixanovski həbsdən
buraxılıb.
Vaşinqton bunun qarşılığında Belarusun "Belavia" şirkətinə
sanksiyaları qaldırıb.
Landsberqis də düşünür ki, indiki hökumət Lukaşenko ilə əlaqələri
yaxşılaşdırmaq istəyir.
Amma səbəblərdən asılı olmayaraq Tixanovskaya və digər belaruslu
mühacirlərin təhlükəsizliyi narahatlıq mənbəyidir.
2024-cü ilin martında rusiyalı müxalifətçi Leonid Volkova Vilnüsdə
çəkiclə hücum olunub. Onun polis qoruması vardı.
Bu il isə xaricdə iki belaruslu fəal itkin düşüb – biri Türkiyədə,
digəri Polşada.
Polşada yaşayan tanınmış müxalifətçi Pavel Latuşka
AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, Polşa xüsusi xidmət
orqanları ona dəfələrlə Belarus xüsusi xidmətinin addımlarını
önlələdiklərini bildiriblər.
"Sosial şəbəkələr, e-mail, səfirlərdən azı 160 təhdid
almışam", – o əlavə edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.