Dünən, oktyabrın 9-da 40 Azərbaycan vətəndaşı Almaniyadan geri
qaytarılıb.
Dövlət Miqrasiya Xidməti oktyabrın 10-da bildirib ki, bu,
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata
keçirilib:
"...Reinteqrasiya üzrə İşçi qrup readmissiya
olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və
problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir".
Almaniyadan Azərbaycana qaytarılan şəxslərin adları açıqlanmır.
Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri
çərçivəsində 2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfərin
readmissiyası həyata keçirilib. Bu il isə buna qədər bu rəqəmin
200-ü keçdiyi açıqlanmışdı.
Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan)
Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin
narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini
mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında
fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq,
insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib
olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan
şəxsləri geri qəbul etməsidir.
Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli
öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz
sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək
verməlidir. Amma Azərbaycanda bununla bağlı şikayətlər var.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.