Müki fəal Vaxo (Vaxtanq) Pitsxelauri, 4 oktyabrda Tbilisidə
keçirilən aksiyada iştirak etmiş şəxs, həbsxanada aclıq elan
edib.
O, aclıq qərarının səbəbini izah edən məktubunu həyat yoldaşı Teo
Bzişvili ictimailəşdirib.
“2025-ci il oktyabrın 6-da mülki geyimdə olan ‘polis
əməkdaşları’ mənə qarşı fiziki və söyüşlə müşayiət olunan zorakılıq
tətbiq etdilər. Bu, siyasi qisasdan başqa bir şey deyil...
Bu gün mən qanunsuz və ədalətsiz əsarətdəyəm. Bütün bunları nəzərə
alaraq, etirazın ən kəskin formasına əl atmaq qərarına gəldim və
aclıq elan edirəm”, - Pitsxelaurinin 10 oktyabr
tarixli məktubunda deyilir.
Vaxtanq Pitsxelauri 6 oktyabrda saxlanılan ilk şəxslərdən biri
olub. Ona qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri
seçilib.
4 oktyabr aksiyası
4 oktyabrda, Gürcüstanda yerli özünüidarəetmə
seçkiləri
günü, “hakimiyyətin dinc yolla devrilməsi” şüarı ilə
Tbilisidə aksiya keçirilmişdi. Aksiya iştirakçıları əvvəlcə Azadlıq
Meydanında toplaşmış, daha sonra Prezident Administrasiyasının
yerləşdiyi Atoneli küçəsinə keçmişdilər. Bir neçə nəfər dəmir
baryeri aşaraq administrasiyanın həyətinə daxil olmuş, polis
qüvvələri onları oradan çıxarmışdı.
Gürcüstan Daxili İşlər Nazirliyi paytaxtda baş verən hadisələrlə
bağlı Cinayət Məcəlləsinin dörd maddəsi üzrə cinayət işi
açmışdı:
• 317-ci maddə: Gürcüstanın konstitusiya quruluşunun zorakı
dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə
çağırış;
• 187-ci maddə: Əmlakın zədələnməsi və ya məhv edilməsi;
• 222-ci maddə: Strateji və ya xüsusi əhəmiyyətli obyektin ələ
keçirilməsi və ya blokadası;
• 225-ci maddə: Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya
iştirak.
Nazirliyin məlumatına görə, həm təşkilatçılar, həm də “qanunsuz və
zorakı hərəkətlər etmiş” iştirakçılar saxlanılıb.
• Həmin gecə aksiyanın təşkilat komitəsinin beş üzvü — Paata
Mancqaladze, Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze və
Laşa Beridze — həbs olunub. Onlara qarşı məhkəmə tərəfindən həbs
qətimkan tədbiri seçilib.
• 6 oktyabrda daha 13 nəfər saxlanılıb: Beka Maçavariani,
Aleksandre Qoqoladze, Eva Şaşiaşvili, Qiorqi Rurua, Vaxtanq
Pitsxelauri, David Sturua, Manuçar Mikeladze, Aleksandre
Xabeişvili, Kaxaber Mjavanadze, Tornike Mçedlişvili, Abo Naveriani,
Serqo Meqrelişvili və David Jğenti — onların da hamısına həbs
qətimkan tədbiri tətbiq olunub.
• 7 oktyabrda daha dörd nəfər aksiya iştirakçısı saxlanılıb.
Sonradan daha bir nümayişçinin – Nana Sanderin də həbs olunduğu
məlum olub.
• 8 oktyabrda 12 nəfər nümayişçi, o cümlədən Batumidəki aksiyaların
fəal iştirakçısı Zurab Çavçanidze saxlanılıb.
• 9 oktyabrda daha 6 nəfər həbs olunub — ümumilikdə saxlanılanların
sayı 44-ə çatıb.
• 10 oktyabr günorta saatlarında daha iki nəfər tutulub.
Hakim “Gürcü Arzusu” partiyasının sədri və baş nazir İrakli
Kobaxidze 4 oktyabrda demişdi ki, “hakimiyyəti devirmə cəhdi baş
tutmadı və bu işdə iştirak edən bütün şəxslər ciddi şəkildə
cəzalandırılacaq.” Onun sözlərinə görə, “30-dan çox vicdansız
zorakının həbs olunması qaçılmaz idi.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.