Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin
apellyasiya şikayəti isə təmin olunmayıb.
Sverdlovsk vilayət Məhkəməsində onun barəsində həbs-qətimkan
tədbirinin uzadılmasından verdiyi şikayət müsbət cavablanmayıb.
Hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunan
Ş.Şıxlinski bu il dekabrın 30-dək həbsdə qalacaq. Rusiya mediası
onun qətl planlaşdırmaqda da ittiham edildiyini yazır.
5 avqust
Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarılıb
Moskvadakı Basman məhkəməsi Yekaterinburqdakı Azərbaycan
diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı
çıxarılıb. Rusiyanın E1.ru portalı həbs qərarının onun axtarışa
verilməsindən sonra çıxarıldığını yazır.
Sayt Ş.Şıxlinskinin Yekaterinburqda istintaq hərəkətlərində iştirak
etdiyini və həbsxanaya yerləşdirildiyini yazır. Onun Feyruz
Şirinova sui-qəsd cəhdində iştirakda (Rusiya Cinayət Məcəlləsinin
30-cu və 105-ci maddələri), hakimiyyət nümayəndəsinə zor tətbiq
etməkdə (318-ci maddə) ittiham olunduğu bildirilir
Ş.Şıxlinskinin vəkili E1.ru-ya deyib ki, müdafiə etdiyi şəxs
günahsız olduğunu bildirir və apellyasiya verəcək.
Ş.Şıxlinskinin oğlu Mütvəli isə iki ay müddətinə həbs olunub. O,
hakimiyyət nümayəndəsinə zor tətbiqində ittiham edilir.
İyulun 1-də Yekaterinburqda, "Baku Plaza" qarşısında hüquq-mühafizə
orqanları Ş.Şıxlinskini həbs etmək üçün xüsusi əməliyyat keçirib.
Onlar avtomobilin pəncərələrini sındırmağa başlayanda Mütvəli idarə
etdiyi avtomobili arxaya sürüb və xüsusitəyinatlılardan birini
vurub.
Şahin Şıxlinski polisə özü təslim olub
Şahin Şıxlinskinin qohumu, jurnalist Elçin Şıxlı AzadlıqRadiosuna
onun iki gün öncə – avqustun 2-də Rusiya hüquq-mühafizə orqanlarına
təslim olduğunu deyir. Ş.Şıxlinski Azərbaycan səfirliyinin
mehmanxanasında qalırmış.
E.Şıxlı Ş.Şıxlinskiyə qarşı əsas maddənin hakimiyyət təmsilçisinə
müqavimət və yüngül xəsarət yetirməklə bağlı olduğunu deyib, qətllə
bağlı Rusiya mediasının yazdıqlarını "boş söhbət" adlandırıb.
Rusiya DİN-in Ş,Şıxlinskini axtarışa verməsinə gəlincə:
"Onun özünə, yaxud vəkillərinə axtarışla bağlı heç bir
rəsmi çağırış gəlməyib. Səfirliyin mehmanxanasında nisbətən daha
geniş hərəkət etmək imkanı olmaq üçün qalıb. Oğlunun azad olunması
üçün müraciətlər hazırlayıb, vəkillərlə işləyib".
3 avqust
Şahin Şıxlinski Moskvada saxlanılıb
Uralda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin
saxlanılaraq Yekaterinburqa aparıldığı bildirilir. Bu haqda E1.RU
portalı onun tanışlarına istinadla yazıb.
66.RU mənbəsinə istinadla Ş.Şıxlinskinin İstintaq Komitəsində
dindirildiyini bildirir.
Gazeta.ru diaspor rəhbərinin qətl və hakimiyyət nümayəndəsinə qarşı
zorakılıqda şübhəli bilindiyini yazsa da, digər mənbələr onun
statusunun bəlli olmadığını qeyd edir.
30 iyul
Rusiya DİN Şahin Şıxlınskini axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yekaterinburqdakı Azərbaycan
diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib. "İnterfaks"
agentliyi bu barədə məlumat yayıb.
"Axtarışın səbəbi: Cinayət Məcəlləsi ilə
axtarışdadır", - Rusiya DİN-in məlumat bazasında
bildirilib. Şıxlinskinin hansı cinayət maddəsi ilə axtarışa
verildiyi məlum deyil.
Sverdlovsk vilayətində "Azərbaycan-Ural" ictimai milli-mədəni
təşkilatının sədri Şıxlinski iyulun əvvəlində saxlanılsa da,
sonradan o, sərbəst buraxılmışdı. Məlumata görə, o, əvvəlki illərdə
baş vermiş qətllərlə bağlı iş üzrə şahid qismində dindirilir.
Bundan əlavə, məhkəmə qərarı ilə onun oğlu Mütvəli Şıxlinski də
hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay
müddətinə həbs edilib.
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində
hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərə qarşı əməliyyat
keçirib, bu zaman iki nəfər həlak olub, 10-a yaxın şəxs saxlanıb.
Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən
cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər
Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də
saxlanıb.
Eyni zamanda Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya
vətəndaşları saxlanılıb. Bütün bunlarla bağlı hər iki ölkənin
xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə
ediblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.