Acarıstanda dələduzluqda ittiham olunan iki nəfər saxlanılıb
Acarıstan polisi dələduzluq ittihamı ilə iki nəfəri saxlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları keçmişdə məhkum olunmuş iki şəxsi – 1988-ci il təvəllüdlü Q.Z. və 2000-ci il təvəllüdlü B.X.-ni dələduzluq ittihamı ilə həbs ediblər.

Cinayətə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən
biri – Q.Z., aldatma yolu ilə 1986-cı il təvəllüdlü E.C. adlı vətəndaşa məxsus iki avtomobili ələ keçirib. O, zərərçəkənə avtomobillərin pulunu hissə-hissə ödəyəcəyinə söz verib, lakin razılaşmanı yerinə yetirməyib. Bu hərəkət nəticəsində E.C.-yə 30 167 lari məbləğində maddi zərər dəyib. Bundan əlavə, istintaqla müəyyən olunub ki, Q.Z. başqa bir vətəndaşın da pulunu dələduzluq yolu ilə ələ keçirib.

İstintaqın məlumatına görə, digər təqsirləndirilən şəxs – B.X. bir müəssisəyə məxsus təxminən 50 min lari dəyərində ət məhsullarını qanunsuz olaraq mənimsəyib.

Faktlarla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi (dələduzluq) üzrə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google