Daxili İşlər Nazirliyinin əməkdaşı rüşvət almaqda ittiham olunaraq saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi rüşvət alma ittihamı ilə bir şəxsi saxlayıb.

Nazirliyin məlumatına görə, Baş Müfəttişliyin əməkdaşları Baş Prokurorluqla birgə apardıqları əməliyyat-istintaq tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü R.D. adlı şəxsi, məhkəmənin qərarı əsasında saxlayıblar.

Cinayətə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən olunub ki, Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi
Şəhər İdarəsinin əməkdaşı olan R.D. Gürcüstan və xarici ölkə vətəndaşlarının şəxsi məlumatlarını Nazirliyin informasiya bazasında yoxlayaraq, vətəndaş R.K.-ya qanunsuz şəkildə ötürməsi müqabilində 1000 ABŞ dolları məbləğində rüşvət alıb.

Daxil olan məlumatlara görə, Baş Müfəttişliyin əməkdaşlarını gördükdə R.D. idarə etdiyi avtomobillə hadisə yerindən qaçmağa cəhd edib və bu zaman toqquşma baş verib. Daha sonra o, avtomobili ataraq piyada qaçmağa çalışıb, lakin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 500 ABŞ dolları məbləğində pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə – rüşvət alma ittihamı ilə davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google