Kobaxidze “qanunsuz mitinqdə” iştirakına görə Finlandiyanın xarici işlər naziri ilə görüşü ləğv edib

“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Gürcüstanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.


“Dünən qanunsuz mitinqdə iştirakına və yalan bəyanatlar verməsinə görə baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılmış görüşü ləğv edib”, - Gürcüstan hökumətinin bəyanatında deyilir.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen oktyabrın
14-də Gürcüstana gəlib.

O, həmin gün “Gürcü Arzusu” hökumətinin xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Görüşdən sonra parlamentin qarşısında toplaşmış etirazçılara gedərək qısa video müraciət çəkib və onu X platformasında paylaşaraq bildirib:
“Mən Tbilisidəyəm, Parlament binasının qarşısında. Burada dinc nümayiş keçirilir. Get-gedə daha çox insan gəlir. Onlar Aİ-nin, NATO-nun, görünür Finlandiyanın və ən əsası Gürcüstanın bayraqlarını dalğalandırırlar. Bunun səbəbi odur ki, bu insanlar ölkənin azadlıqları – ifadə və toplaşma azadlığı kimi əsas hüquqlarını əlindən alan istiqamətindən narahatdırlar. Deməyə belə ehtiyac yoxdur ki, bu insanlar bütün bu hüquqlara layiqdirlər və biz onları dəstəkləmək üçün buradayıq.”

Oktyabrın 14-də Valtonen Tbilisidə vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə də görüşüb. O, X platformasında yazıb və görüşün fotosunu paylaşıb:
“Tbilisidə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmək mənim üçün şərəf idi. Gürcüstanda vətəndaş cəmiyyəti və azad media məkanı narahatedici sürətlə daralır. Finlandiya Gürcüstan vətəndaş cəmiyyətini onların demokratik və Avropaya inteqrasiya olunmuş gələcəyə doğru səylərində tam dəstəkləyir.”

Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Valtonen “Gürcü Arzusu” hökumətini münaqişələrin həlli ilə bağlı bütün müzakirələrə vətəndaş cəmiyyətinin cəlb edilməsinə çağırıb. O, Gürcüstandakı daxili vəziyyətdən danışaraq bildirib ki, o, Boçorişvili ilə ATƏT ölkələrinin və institutlarının Gürcüstandakı vəziyyətlə bağlı “ciddi narahatlığını” bölüşüb:
“Bura vətəndaş cəmiyyətinin, media peşəkarlarının və jurnalistlərin fəaliyyətini məhdudlaşdıran qanunlar, eləcə də demokratik idarəetmənin zəifləməsi ilə bağlı narahatlıqlar daxildir.
Son hadisələr – QHT-lərin hesablarının dondurulması, demək olar ki, bütün müxalifət liderlərinin həbsi çox narahatedicidir. Biz ifadə və toplaşma azadlığını həyata keçirdiyinə görə həbs olunan hər kəs üçün azad, ədalətli və proporsional hüquqi prosedurların təmin edilməsinə çağırırıq.”

Elina Valtonen bir neçə dəfə vətəndaşlara seçim imkanı verilməsinin vacibliyini vurğulayıb:
“Hər bir demokratiyada insanların seçim hüququ olması çox vacibdir. Bu, Gürcüstana da aiddir. Gürcü xalqı hansı hökumət və hansı gələcək istədiyinə özü qərar verəcək.
ATƏT prinsipləri baxımından, Helsinkinin Yekun Aktında təsbit olunmuş on prinsip ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını da əhatə edir və bu, tam şəkildə Gürcüstana aiddir.
Eyni zamanda, Gürcü xalqına da insan hüquqları – ifadə azadlığı, siyasi iştirak azadlığı və digər əsas azadlıqlar aiddir. Gürcüstan hökuməti bu böhrandan çıxış yolunu tapmalı və demokratik institutlara xalqın etimadını bərpa etməlidir.”

Gündəliyə əsasən, 15 oktyabrda İrakli Kobaxidze ilə planlaşdırılmış, lakin baş nazirin təşəbbüsü ilə ləğv edilmiş görüşdən başqa, Elina Valtonen işğal xəttinə baş çəkməyi planlaşdırır və bu gün Gürcüstanı tərk edəcək.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google