Rusiya rezervistləri də Ukraynaya göndərə biləcək
Moskva aktiv ehtiyatda olan hərbiçilərini Ukraynada döyüşlərə cəlb edə biləcək. Bu, Rusiya Müdafiə Nazirliyinin hazırladığı, parlamentin tezliklə təsdiqləyəcəyi gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.

Müdafiə Nazirliyi (MN) Ukraynadakı qüvvələrinin sayını daha çevik artıra biləcək. Prezident Vladimir Putin isə MN ilə könüllü müqavilə bağlamış ehtiyatda olan hərbçiləri çağıraraq qüvvələri yeniləyə biləcək. Bu isə daha bir genişmiqyaslı səfərbərlik elan etmədən Ukraynadakı
qüvvələri artırmağa imkan yaradacaq.

Müharibə Araşdırmaları İnstitutu (ISW) yazır ki, dəyişikliklər rezervistlərin döyüşə daha tez göndərilməsini mümkün edəcək. Əvvəllər bundan ötrü rəsmi müharibə və ya səfərbərlik elan olunması tələb olunurdu.

ISW bildirir ki, bu dəyişikliklər Rusiyaya könüllü müqaviləli döyüşçülərə böyük maliyyə bonusları verməkdən daha ucuz başa gəlməsinə yol açacaq.

Qurumun yazdığına görə, mövcud səfərbərlik sistemi səmərəsini itirmək üzrədir və Ukraynada yüksək itkilər Kremli məcburi ehtiyat çağırışlarına keçməyə vadar edir.

İki ay təlim və döyüş bölgəsinə
Dəyişikliklərdən birində "xüsusi toplanışlar" adlı yeni bir kateqoriyanın yaradılması nəzərdə tutulur. Bu toplanışlar çərçivəsində ehtiyatda olanlara maksimum iki ay təlim keçəcək və xaricə, döyüş bölgəsinə göndərəcəklər. Bundan əlavə, Putin onları Kremlin "terrorçuluğa qarşı əməliyyatlar" adlandırdığı xüsusi tapşırıqlara da səfərbər edə biləcək.

Rusiyalı deputatlar hazırda ölkənin aktiv ehtiyat qüvvələrində təxminən 2 milyon nəfərin olduğunu deyirlər.

Onlar hər il hərbi təlimlərə qatılır, aktiv ehtiyatda olduqları üçün maaş alırlar. Yeni qanunlara əsasən, çağırıldıqları halda əlavə ödənişlər də alacaqlar. Bu barədə RBC və digər dövlət mediası yazır.

Bu addım Rusiya ordusunda qüvvə çatışmazlığı fonunda atılır. Bəzi hesablamalara görə, Ukraynadakı müharibədə Rusiyadan ölən və yaralananların sayı 1 milyondan çoxdur.

Müdafiə Nazirliyinin hazırladığı dəyişiklikləri oktyabrın 13-də Qanunvericilik Fəaliyyəti Komissiyası dəstəkləyib.

Xaricə də göndərəcəklər
Parlamentin müdafiə komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib ki, dəyişikliklər ehtiyatda olan hərbçilərdən istifadə anlayışını genişləndirəcək, indiyədək bu potensialdan yalnız hərbi vəziyyət və ya səfərbərlik zamanı istifadə edilə bilərdi: "Biz çox real və genişmiqyaslı döyüş əməliyyatlarında iştirak edirik… lakin rəsmi olaraq müharibə elan olunmayıb".

Digər bir dəyişiklik ehtiyatda olanların xaricə göndərilməsinə də icazə verir.

ISW qeyd edir ki, bu dəyişikliklər təsdiqləndikdən sonra Kreml böyük ehtimalla rəsmi müharibə, yaxud məcburi səfərbərlik elan etmədən ardıcıl şəkildə ehtiyat çağırışları gerçəkləşdirəcək.

Parlamentin müdafiə komitəsinin sədri Andrey Kartapolovun dediyinə görə, qanun dəyişdikdən sonra Putin ehtiyatdakı hərbiçiləri Rusiya ərazisindən kənara, o cümlədən Ukraynanın Sumı və Xarkov bölgələrinə göndərə biləcək.

Rusiya Ukraynadakı qüvvələrini Şimali Koreyadan gələn xarici döyüşçülərlə də gücləndirir, sosial mediada aldadıcı reklamlarla imkansız Kuba vətəndaşlarını da orduya cəlb etməyə çalışır.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 



Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google