Azərbaycan və Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə illik neft tranzit həcmini 7 milyon tona qədər artırmağı planlaşdırır

Bu barədə Azərbaycan Energetika Naziri Pərviz Şahbazov Reuters-ə açıqlamasında bildirib.


Onun məlumatına görə, “2023-cü ildən BTC kəməri vasitəsilə qlobal bazarlara 3,4 milyon ton Qazaxıstan nefti göndərilib, indi isə tərəflər qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanaraq illik tranzit həcmini 7 milyon tona qədər artırmağı müzakirə edirlər.”

Britaniyanın BP şirkəti tərəfindən idarə olunan BTC kəməri ilə yanvar-avqust aylarında neft ixracı keçən ilin eyni dövründəki 19,390 milyon tondan 18,356 milyon tona qədər azalıb. Hesabat dövründə BTC vasitəsilə daşınan Qazaxıstan və Türkmənistan neftinin həcmi 3,584 milyon tondan 2,887 milyon tona düşüb.

İlin sonunda Qazaxıstan BTC vasitəsilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır ki, bu da
keçən ilin eyni göstəricisinə uyğundur.

Məlumat üçün: BTC kəməri istifadəyə verildiyi vaxtdan bu günə qədər Azərbaycandan dünya bazarlarına 540 milyon ton neft göndərib. Kəmər əsasən Azəri, Çıraq və dərin su Güneşli (ACG) yataqlarından neftin, həmçinin Şahdəniz yatağından kondensatın daşınması üçün nəzərdə tutulub. Eyni zamanda BTC vasitəsilə Xəzər regionu ölkələrindən, xüsusilə Qazaxıstan və Türkmənistandan neft və kondensat, həmçinin SOCAR tərəfindən Azərbaycanda istehsal olunan neft daşınır.

ACG yataqlarının inkişafı haqqında müqavilə 1994-cü ildə imzalanıb. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı idi, lakin 2017-ci ilin sentyabrında yeni müqavilə 2050-ci ilə qədər uzadılıb.

BTC kəmərinin ümumi uzunluğu 1,768 kilometrdir və nefti Aralıq dənizi sahilində Türkiyənin Ceyhan limanına tanker vasitəsilə sonrakı daşınma üçün çatdırır. Kəmərin gündəlik ixrac gücü 1,2 milyon barrel neft təşkil edir. Layihəyə görə, kəmərin gücü gündə 2,2 milyon barrelədək artırıla bilər.

BTC kəmərinin operatoru olan BTC Co. şirkətinin səhmdarları bu şirkətlərdir: BP plc (30,1%), SOCAR (32,96%), MOL (8,9%), TPAO (6,53%), Eni və TotalEnergies (hər biri 5%), Itochu (3,4%), ExxonMobil və Inpex (hər biri 2,5%) və ONGC Videsh (3,11%).

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print Email
FaceBook Twitter Google