Maliyyə cinayətinə görə məhkum edilən şəxsin ölkədən çıxışına qoyulan qadağa qaydası dəyişir

“Gürcü Arzusu” Parlamenti maliyyə cinayətinə görə məhkum edilmiş şəxslərin ölkədən çıxışına qoyulan qadağa qaydasını dəyişir.


Hazırda qüvvədə olan norma

2025-ci il 3 sentyabrda “Gürcü Arzusu" Parlamenti qanuna dəyişikliklər edib. Bu dəyişikliklər ziyanın ödənilməsi üçün sadələşdirilmiş mexanizmi və kompensasiyanın ödənilməsini təmin edən tədbirləri nəzərdə tutur.

Kompensasiyanın ödənilməsini təmin edən tədbirlərə həm əmlaka həbs qoyulması, həm də məhkum edilən şəxsə Gürcüstanı tərk etmə qadağası daxildir.

Sentyabrda qəbul edilən qanuna əsasən,
məhkum ölkədən çıxa bilməz, əgər eyni anda aşağıdakı şərtlər mövcuddursa:
• şəxs maliyyə cinayətinə görə təqsirli bilinib,
• o, Gürcüstan vətəndaşı və ya bu statusa malikdir,
• zərərçəkən onun ölkədən çıxışına qoyulan qadağadan imtina etmir.

Qanuna əsasən, bu qadağa 16 il müddətinə tətbiq olunurdu.

“Gürcü Arzusu"nun təklif etdiyi dəyişiklik

Yeni təklifə görə, məhkumun ölkədən çıxışına qadağa artıq 16 illik müddətlə müəyyən edilməyəcək.

Qadağanın müddəti məhkumun kompensasiyanı ödəyib-ödəməməsindən və zərərçəkənin kompensasiyadan imtina edib-etməməsindən asılı olacaq.
Konkret olaraq:
Əgər aşağıdakı şərtlər eyni anda mövcuddursa, məhkum ölkəni tərk edə bilməz:

- O, aşağıdakı maliyyə cinayətlərində təqsirli bilinib:
• Dələduzluq – böyük məbləğdə
• Hədə-qorxu yolu ilə tələb etmə – böyük məbləğdə
• Mənimsəmə və ya israf – böyük məbləğdə
• Əmlakın aldatma yolu ilə zədələnməsi – böyük məbləğdə
• Əşyanın zədələnməsi və ya məhv edilməsi (zərər 10 000 lariyə qədər və ya artıq olduqda)
• Ehtiyatsızlıqdan əşyanın zədələnməsi və ya məhv edilməsi (zərər 10 000 lariyə qədər və ya artıq olduqda)
• Əmlakın saxta və/və ya aldatma yolu ilə gizlədilməsi – böyük məbləğdə
• Vəzifə səlahiyyətlərindən sui-istifadə
• Səhlənkarlıq
• Kompüter məlumatlarına və/və ya sisteminə müdaxilə etmə, əgər bu, böyük maliyyə zərərinə səbəb olubsa
• Əgər məhkum Gürcüstan vətəndaşı və ya bu statusa malik şəxsdirsə
• Əgər zərərçəkən yazılı formada məhkumun ölkəni tərk etməsinə qoyulan qadağadan imtina etmirsə

Təklif olunan dəyişikliklərə əsasən, məhkum kompensasiyanı ödədikdə və ya zərərçəkən kompensasiyadan yazılı şəkildə imtina etdikdə, ölkədən çıxış qadağası ləğv olunacaq.

Dəyişikliklərə əsasən, qadağa məhkəmə hökmünə əsasən deyil, birbaşa qanunverici müddəaya uyğun olaraq tətbiq ediləcək.

Qadağanın icrasına nəzarəti Ədliyyə Nazirliyinin İcra Bürosu həyata keçirəcək, o da məlumatı Daxili İşlər Nazirliyinə və Probasiya Agentliyinə ötürəcək. Bu qurumlar elektron nəzarət vasitələri ilə nəzarəti təmin edəcək.

Gürcüstandan çıxış qadağasının ləğvi müəyyən müddətə deyil, aşağıdakı hallardan birinə əsaslanacaq:
1. Qanuni qaydada təsdiqlənmiş sənədlə məhkum zərəri ödəyib;
2. Zərərçəkən kompensasiyadan yazılı şəkildə imtina edib.
Bu barədə Parlamentin Hüquq məsələləri komitəsində deputat Tornike Çeişvili məlumat verib.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google