ATƏT-in sədri, Finlandiyanın xarici işlər naziri işğal xəttinə gedib

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen işğal xəttinə baş çəkib.


“O, bu gün Avropa İttifaqının Monitorinq Missiyasının yerli əhalinin rifahı naminə sabitliyin qorunması istiqamətində gördüyü əla işi gördü. ATƏT və bizim xüsusi nümayəndəmiz Kristof Speit bu mühüm səyləri dəstəkləmək üçün missiya ilə birlikdə çalışır.
ATƏT-in sədri kimi, Finlandiya Gürcüstanın suverenliyini və beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Biz Rusiyanı 2008-ci il sazişi ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə və münaqişədən əvvəlki mövqelərə qayıtmağa çağırırıq,”
– Elina Valtonen bunu "X" sosial şəbəkəsində yazıb.

Elina Valtonen Gürcüstana rəsmi səfər çərçivəsində gəlib. O, vətəndaş cəmiyyəti nümayəndələri və “Gürcü Arzusu” partiyasının üzvləri, o cümlədən xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Dünən ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen nümayəndə heyəti ilə birlikdə Rustaveli prospektində keçirilən etiraz aksiyasına qatılıb. Daha sonra X sosial şəbəkəsində aksiya iştirakçılarını dəstəkləyən video paylaşmışdı.

“Gürcü Arzusu” hökumətinin Administrasiyasının məlumatına görə, “dünən qanunsuz mitinqdə iştirakına və yalan bəyanatlar verməsinə görə, İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri ilə nəzərdə tutulmuş görüşü ləğv edib.”


Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google