“Qazım, işığım, yolum yoxdur” – Qızılhacılı sakini dövlət qurumlarından kömək gözləyir (VİDEO/FOTO)
12:29 / 15.10.2025
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yaşayan 60 yaşlı
Svetlana Mardəliyeva tək yaşayır.
Onun sözlərinə görə, uzun illərdir işləmir və yeganə gəlir mənbəyi
pensiyasıdır. Aldığı pensiya nə dərman xərclərini, nə də gündəlik
ehtiyaclarını qarşılamağa bəs edir. Svetlana bildirir ki, sosial
yardım üçün müraciət etsə də, dövlət ona yardım göstərməyib.
“İşığım yoxdur. 25 ildir qaz balonu işlədirəm. Mən
hara
müraciət edim? Hökumət gəlib mənim işimi həll etsin. İşıq dirəyi
çox nazikdir, iki körpə uşaq var, naqil qırıla bilər, uşağın başına
düşə bilər. Kənd icra nümayəndəliyinə gedirəm, cavab vermirlər.
Ceyhuna, Nərimana gedirəm, baxmırlar. Deyirlər, evin uzaqdır. Artıq
balon ala bilmirəm, pulum yoxdur. Hər ay balona 50–100 lari
verirəm. Yola nə baxan var, nə çınqıl tökən. İşığım kənardan gəlir.
İşıq üçün müraciət edirəm, deyirlər, özün alacaqsan. Mənim pulum
var? Haradan alım, xəstə insanam. Meriya, Amiran mənim işimə
baxmır. Bu məhəlləyə başdan sona qaz çəkilməyib”, –
Svetlana Mardəliyeva deyir.
Mardəliyeva qaz olmadığı üçün qış aylarında odundan istifadə edir.
Onun sözlərinə görə, son aylarda 4–5 aylıq pensiyasını yığıb odun
almaq məcburiyyətində qalıb. 25 il əvvəl tikdiyi ev hələ də qazla
təmin edilməyib. Kəndin digər küçələrində qaz olsa da, Svetlananın
yaşadığı küçədə bu imkan hələ də yoxdur.
Küçənin yolunun olmaması da digər ciddi problemdir. Svetlana
bildirir ki, yağışlı havalarda hərəkət etmək demək olar ki,
mümkünsüz olur. Qadın uzun illər ərzində deputatlara və yerli icra
nümayəndələrinə müraciət etsə də, onun problemi ilə maraqlanan
olmayıb.
Svetlananı həmçinin elektrik xətləri də narahat edir. Dirəklərin
olmaması səbəbindən naqillər aşağıdan keçir və kənd sakinləri üçün
təhlükə yaradır. Kənd sakini “Energo Pro” şirkətinə müraciət edib,
ancaq ona ödəniş həyata keçirildikdən sonra problemin həll
olunacağı bildirilib.
Məsələyə aydınlıq gətirmək üçün Qızılhacılı kəndinin deputatı
Ceyhun Çovdarovla əlaqə saxladıq. O, “Marneuli” radiosuna bildirdi
ki, məsələ ilə bağlı məlumatı var.
“2026-cı ildən Qızılhacılının yollarına asfalt qatının
çəkilməsi nəzərdə tutulur. Qeyd olunan məhəlləyə gedən yolun
düzəldiləcəyini dəqiq deyə bilmirəm. Ən qısa zamanda bütün bu
məsələlər həll olunacaq. Su şirkəti işlədiyi üçün yollarda qazıntı
işləri aparılırdı. Demək olar ki, su işləri başa çatır və artıq
yolların təmirinə başlanılacaq”, – Ceyhun Çovdarov
bildirib.
Deputat əlavə edib ki, bəzi küçələrdə qaz şəbəkəsi yoxdur. O, bu
məsələ ilə bağlı Qızılhacılı kəndini qazla təmin edən “Mamedqaz”
MMC-nin rəhbərliyi ilə danışıb. Onlar qeyd ediblər ki, həmin küçədə
qaz xətləri mövcud deyil. Hazırda layihələndirmə işləri aparılır və
bu işlər başa çatdıqdan sonra əhaliyə qaz xətti çəkiləcək.
Qızılhacılı kəndini qazla təmin edən “Mamedqaz” MMC-yə də müraciət
etdik. Şirkətin rəhbəri Nəriman Allahverdiyev “Marneuli” radiosuna
bildirib ki, hazırda heç bir ailəyə qaz xətti çəkə bilməyəcək. Onun
sözlərinə görə, qaz məsələsi ilə bağlı işi məhkəmədədir və məhkəmə
qərar verdikdən sonra məsələ yenidən nəzərdən keçiriləcək.
“Mənə deyirlər, heç kimə qaz çəkmə, öz pulunla da iş
görmə. Buna görə mənə dəfələrlə SEMEK cərimə yazıb. Qanuna əsasən,
kim özü öz pulu ilə iş görürsə, SEMEK-in ona qarışmaq hüququ
yoxdur. Mən 1992-ci ildən Qızılhacılıya qaz çəkmişəm. 2020-ci ildə
mənə məktub göndəriblər ki, qazı 10 tetri ucuz satmalıyam. Mən də
bununla bağlı məhkəməyə müraciət etmişəm. Hələ ki, bu şikayətimə
cavab gəlməyib. Cavab gələnədək mən iş görən
deyiləm”, – Nəriman Allahverdiyev bildirib.
Hazırda Svetlana ümid edir ki, aidiyyəti qurumlar onun
problemlərinə diqqət yetirəcək və həm qaz, həm yol, həm də elektrik
məsələləri tezliklə həllini tapacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166