"Rikotinin yeni magistralını keçmək 1 saat 20 dəqiqə
əvəzinə 35 dəqiqə çəkəcək,” – bu barədə Gürcüstan
hökumətinin yaydığı məlumatda bildirilir.
“Misilsiz, əsrin layihəsi sona yaxınlaşır. Şərq-Qərb
Beynəlxalq Magistralının ən çətin hissəsi, Rikoti sürətli yolu dörd
hissəyə bölünərək inşa olunur.
Hazırda avtomobil nəqliyyatı üçün tam açıqdır: Xevi-Ubisa,
Ubisa-Şorapani və Şorapani-Arqveta 4-zolaqlı hissələr. Həmçinin
nəqliyyat artıq Çumateli-Xevi 11 km-lik hissənin 7 km-də hərəkət
edir.
Ümumilikdə, avtomobil nəqliyyatı Rikoti magistralının 96%-indən
artıq istifadə edir,” – məlumatda qeyd olunur.
Hökumətin bildirdiyinə görə, magistral bütün yaşayış məntəqələrinin
yanından keçir.
“Rikoti magistralı ətraf yaşayış məntəqələrini keçərək, tranzit
hərəkəti azaldır, o cümlədən Zestafoni şəhərini. Vaxtı azaldır –
yeni magistralı keçmək 1 saat 20 dəqiqə əvəzinə 35 dəqiqə çəkəcək,”
– məlumatda deyilir.
Xatırladırıq ki, Rikoti magistralının tikintisi 52 km yeni
4-zolaqlı yol, 51 tunel və 97 körpünü əhatə edir. Hazırda avtomobil
nəqliyyatı artıq 48
km-lik yeni yol (50 tunel və 91 körpü) ilə
hərəkət edir, bu da səyahət məsafəsini 8 km azaldır və hərəkət
vaxtını yarıya endirir.
Layihənin ümumi dəyəri təxminən 2,6 milyard lari təşkil edir və
Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Dünya
Bankı (WB) kreditləri və Gürcüstan büdcəsinin birgə maliyyəsi ilə
həyata keçirilir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.