Acarıstanda DTX tərəfindən saxlanılan şəxslərə odlu silahın əldə edilməsi və saxlanması ittihamı irəli sürülüb

Prokurorluğun məlumatına görə, Xüsusi Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Acarıstanda saxlanılan üç şəxsə ittiham elan olunub.


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) versiyasına görə, saxlanılan şəxslər terror təşkilatı “İslam Dövləti” ilə “mümkün əlaqədə olan şəxslər”dir və “yaşayış yerlərində qanunsuz olaraq odlu silahlar, partlayıcı maddələr, böyük miqdarda döyüş materialları və hərbi avadanlıq saxlayıblar”. Həmçinin, DTX-nin istintaqına görə, axtarış zamanı terror təşkilatının
simvolunu əks etdirən bayraq götürülüb.

Prokurorluq saxlanılan şəxslərə odlu silah, döyüş materialları və partlayıcı maddələrin qanunsuz əldə olunması və saxlanması faktı üzrə ittiham irəli sürüb, bu, 6 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Eyni zamanda, prokurorluq bildirir ki, istintaq xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətində kömək faktı üzrə davam edir ki, bu da 17 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.





 

Print Email
FaceBook Twitter Google