Marneulidə şəbəkə mağazalarında çörəyin bəzi çeşidlərinin
qiyməti qalxıb.
“Marneuli” radiosu şəhərin bir neçə şəbəkə mağazasında oldu və
orada çörəyin qiymətinin 10 və 15 tetri artdığını bildirirlər.
"Bu gün səhərdən bəzi çörəklərin qiymətlərinin
artdığını gördük. Bəziləri 10 tetri, bəziləri 15 bahalaşıb. İndi
qiymətləri yeniləyirik", – şəbəkə mağazalarından
birinin əməkdaşı bildirir.
Supermarketlərdə 440 qramlıq çörəyin qiyməti 1
laridən 1,15 lariyə
qədər qalxıb. Məhəllə mağazalarında indiki mərhələdə çörəyin
qiymətində artım qeydə alınmayıb. Marneuli şəhərində yerləşən 2
"məhəllə mağazasında" bildirdilər ki, çörəyin qiyməti hələ də 70
tetridir.
"Qiymətlər hələ də eynidir. Qiymət artımı barədə
eşitməmişəm", - satıcılardan biri bildirir.
Marneulidəki çörəkxana sahibi “Marneuli” radiosuna çörəyin
bahalaşması ilə bağlı məlumatı olmadığını və onların çörəkxanasında
1 lavaşın qiymətinin hələ də 1,30 lari olduğunu bildirib.
Bu gün, oktyabrın 15-də BMG çörəyin bahalaşması ilə bağlı məlumat
yayıb. BMG ilə söhbət zamanı Çörəkçilər Assosiasiyasının rəhbəri
Malxaz Dolidze bildirib ki, çörəyin qiymətinin 10 tetri
bahalaşmasına səbəb unun qiymətinin və müəssisələrdə maaşların
artmasıdır.
"Yalnız iki istehsalçı bir məhsul növü üçün qiymətləri tənzimləyib.
Söhbət 10 tetridən gedir, həmin 10 tetridən istehsalçılara təxminən
7 tetri qalır. Məsələ ondadır ki, bu il unun qiyməti çox
artıb", - Malxaz Dolidze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.