Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2025-2026-cı
tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə
dərslik və metodik vəsaitlər göndərib.
Məlumatı AZƏRTAC yayıb.
Dərs vəsaitləri bu gün, oktyabrın 15-də Azərbaycanın Gürcüstandakı
səfirliyi vasitəsilə Gürcüstan Təhsil və Elm Nazirliyinə təqdim
edilib.
Azərbaycan səfirliyinin əməkdaşı Ramiz Hacızadə bildirib ki,
azərbaycanlı şagirdlər üçün dərsliklər Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə
1994-cü ildən göndərilir. Hazırda Prezident İlham
Əliyevin tapşırığına əsasən, bu ənənə uğurla davam etdirilir.
Məlumata əsasən, 2025-2026-cı tədris ili üçün Gürcüstanda
Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdlərinə 18 adda, 21
179 nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri göndərilib.
Kitablar Gürcüstan Təhsil və Elm Nazirliyi vasitəsilə
azərbaycandilli məktəblərə paylanacaq.
Gürcüstan Təhsil və Elm Nazirliyinin əməkdaşı Keti Çxobadze
bildirib ki, hər iki ölkənin müvafiq nazirlikləri arasında sıx
əməkdaşlıq mövcuddur. O qeyd edib ki, dərsliklərin göndərilməsi
etnik azərbaycanlılara olan dəstəyin və qarşılıqlı əməkdaşlığın
nümunəsidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.