“Gürcü Arzusu” partiyasız vətəndaşlar üçün də siyasi fəaliyyətin məhdudlaşdırılmasını planlaşdırır

Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin sədri Arçil Qorduladzenin bildirdiyinə görə,

“Gürcü Arzusu” Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddiada siyasi fəaliyyəti məhdudlaşdırılmalı şəxslərin siyahısına qeyri-partiyalı şəxsləri də daxil edəcək.

O, 15 oktyabrda komitənin iclasında açıqlayıb ki, siyahıya o şəxslər də daxil ola bilər ki, onlar həmin müxalif siyasi partiyanın üzvləri olmasalar da, partiyanın məqsədləri ilə üst-üstə düşə bilərlər.

Qorduladzenin
sözlərinə görə, bu “şəxslərin siyahısı əsaslandırılmış olacaq – konkret şəxs hansı fəaliyyətə qatılıb və müəyyən partiyanın konstitusiyaya zidd hərəkətlərinə necə dəstək verib” kimi açıqlanacaq.

O qeyd edib ki, qərarı məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında “hər bir şəxs üçün ayrıca, kollektiv olaraq deyil” qəbul edəcək.

“Qanunda göstərilir ki, kimlər bu şəxslər olmalıdır – bunlar üzvlər, idarəetmə orqanlarının nümayəndələri və ya partiya üzvləri olmayaraq da partiyanın məqsədinə uyğun fəaliyyət göstərən şəxslər ola bilər. Belə şəxslərin də siyasi fəaliyyətinə qadağa qoyulacaq,” – deyə Qorduladze əlavə edib. O, vurğulayıb ki, “qadağa və ya siyasi fəaliyyətin məhdudlaşdırılması qərarı rəqabət prinsipi əsasında olacaq” və təqdim olunan sübutlar digər tərəf tərəfindən rədd edilə bilər.

Lakin o bildirib ki, “iddia sübutlarla o qədər əsaslandırılıb ki, hər bir şəxsin və partiyanın “Kollektiv Milli Hərəkat” ilə əlaqəsi açıqdır, buna görə Konstitusiya Məhkəməsi yüksək ehtimalla müsbət qərar qəbul edəcək və iddianı təmin edəcək.”

Hakim partiya “Gürcü Arzusu” konkret siyasi partiyanın qadağasına əsas olacaq Konstitusiya iddiasını hazırlayır. “Milli Hərəkət” partiyasından əlavə, digər partiyalar da qadağaya məruz qala bilər, siyasi fəaliyyəti məhdudlaşdırılacaq siyasətçilər isə “Kollektiv Milli Hərəkat” ilə əlaqələndirilmiş hesab edilən şəxslərdir.
Bu qrupun qadağanı “Gürcü Arzusu”nun 2024-cü il oktyabr parlament seçkiləri öncəsi vəd siyahısında da yer alıb və bir neçə dəfə təkrarlanıb.

“Gürcü Arzusu”nun liderləri bildirir ki, rəqiblərin qadağanına hazırdırlar – əsas kimi mübahisəli Parlamentin müvəqqəti araşdırma komissiyasının [“Tsulukiani komissiyası”] nəticəsini istifadə edəcəklər və Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddia artıq demək olar ki, hazırdır. Lakin siyasətçilərin siyasi gələcəyini məhdudlaşdırmaq üçün Konstitusiya Məhkəməsi haqqında qanuna dəyişiklik etmək lazım olacaq.

Qanuna ediləcək dəyişikliklər mübahisəli Parlamentin Hüquq Komitəsi tərəfindən ilkin oxunuşda dəstəklənib.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google