4 oktyabr hadisəsi ilə bağlı saxlanılan 64 yaşlı kişinin qızı bildirib ki, atasının bir gözü görmə qabiliyyətini itirib

4 oktyabr aksiyası ilə əlaqədar saxlanılan 64 yaşlı Konstantine Kokaianın qızı, Nini Kokaia, “Azadlıq Radiosu”na bildirib ki,

vəkilin məlumatına görə, atasının bir gözü artıq görmür.

Nini Kokaianın sözlərinə görə, 4 oktyabr gecəsi aksiyada atasına bibər qazı sıxılıb və bu, görmə zəifləməsinə səbəb olub. Onların fikrincə, bu, müvəqqəti problem idi:
“Tez yardım da çağırmışdıq o
vaxt. Elə bilirdik, problem keçici idi. Amma bu gün vəkil həbsxanadan çıxdıqdan sonra bizə dedi ki, atam bir gözündən artıq görmür. Atam ona demişdi ki, bir gözümlə artıq görə bilmirəm.”

Onun sözlərinə görə, atasının səhhəti həbsxanada daha da pisləşib — onun ürəyindən əməliyyatı olub, amma hələ də yanına həkim buraxılmayıb:
“Artıq bir neçə gündür deyir ki, nəfəs darlığı, baş ağrısı, yüksək təzyiq, sol tərəfdə keyimə var — həm əl, həm ayaqda. Atamın ürəyinə beş stent buraxılıb, amma hələ də yanına həkim gəlməyib, müayinə də etməyiblər. İndi buna görmə itkisi də əlavə olunub,” — deyə Nini Kokaia bildirib və tələb edib ki, atasının yanına müvafiq ixtisaslı həkimlər daxil olub, vəziyyətini yoxlasınlar.

Konstantine Kokaia 9 oktyabrda saxlanılıb. İstintaq ona “strateji və xüsusi əhəmiyyətli obyekti ələ keçirmə cəhdi” və “qrup halında zorakılıq” ittihamları irəli sürüb. Günahı sübuta yetirilsə, 64 yaşlı kişini 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. O, hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri ilə saxlanılır.

4 oktyabrda, Gürcüstanda yerli seçkilər günü, “hakimiyyətin dinc yolla devrilməsi” tələbi ilə Tbilisidə aksiya keçirilmişdi. İştirakçılar əvvəlcə Azadlıq Meydanında toplanmış, sonra prezident administrasiyasının yerləşdiyi Atoneli küçəsinə keçmişdilər. Bəzi iştirakçılar dəmir baryeri aşaraq həyətə daxil olmuş, polis onları oradan çıxarmışdı.

Daxili İşlər Nazirliyi həmin hadisələrlə bağlı Cinayət Məcəlləsinin dörd maddəsi üzrə iş açıb:
• 317: Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış;
• 187: Əmlakın zədələnməsi və ya məhv edilməsi;
• 222: Strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsi və ya blokadası;
• 225: Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya iştirak.

Həmin gecə aksiyanın təşkilat komitəsinin beş üzvü — Paata Mancqaladze, Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze və Laşa Beridze də saxlanılmışdı. Hakim Lela Maridaşvili onların hamısı barəsində həbs qərarı çıxarmışdı.

Sonrakı günlərdə DİN hər gecə brifinq keçirərək yeni saxlanılanların sayını açıqlayırdı — ümumilikdə, təşkilat komitəsinin beş üzvü ilə yanaşı, daha 41 nəfər saxlanılıb.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google