Bir həftə ərzində Gürcüstanda qızıl və gümüşün qiyməti 4 faizdən çox artıb

Qızıl və gümüşün qiyməti dünya bazarlarında yeni rekordlar müəyyənləşdirir.


Bir unsiya qızılın qiyməti 4 198 ABŞ dollarıdır. Bu, son bir ayda 12,43% artım deməkdir. Eyni zamanda, bir unsiya gümüş 52,66 dollardan ticarət olunur ki, bu da aylıq müqayisədə 21,92%-lik artımdır.

Qiymətli metallar Gürcüstanda da bahalaşıb. Yalnız son bir həftədə qiymətlər 4 faizdən çox artıb. Son
məlumatlara əsasən, qızıl birjasında:
• 999 əyarlı qızılın 1 qramı təxminən 370 laridir (bir həftə əvvəl – 357,44 lari idi);
• 750 əyarlı qızılın qiyməti 277,84 lari (bir həftə əvvəl – 268,11 lari);
• 585 əyarlı qızılın qiyməti 216,71 lari (bir həftə əvvəl – 209,12 lari).

Gümüş də bahalaşıb. Bir həftə əvvəl 925 əyarlı 1 qram gümüş 4,11 lari idisə, bu gün 4,72 lari olub; 800 əyarlı gümüş isə 3,55 laridən 3,77 lariyə yüksəlib.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google