Oktyabrın 15-də Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını
genişləndirib.
Britaniya hökumətinin saytında dərc olunmuş siyahıya "Rosneft" və
"Lukoil" kimi ən iri neft şirkətləri də salınıb.
“Kölgə donanması” ilə əlaqələndirilən 51 gəmi, Transstroybank,
Primsoçbank, BBR Bank və Solid Bank daxil bir sıra banklar,
Rusiyanın Milli Ödəniş Kartı Sistemi da sanksiyalara məruz qalacaq.
Ümumilikdə 90 şəxs və təşkilat
sanksiya siyahısına salınıb. Bunlar
arasında Çin, Hindistan və Sinqapur şirkətləri də var.
Qərarın əsaslandırılmasında deyilir ki, "Rosneft" və "Lukoil"
Rusiya hökuməti üçün strateji əhəmiyyət daşıyan enerji sektorunda
fəaliyyətə görə siyahıya salınıblar.
“Rosneft” artıq Avropa İttifaqının (Aİ) sanksiya siyahısındadır.
Böyük Britaniya G7 ölkələri arasında birinci ölkə olaraq “Lukoil”a
sanksiya tətbiq edib. Aİ hazırda bu şirkətə qarşı sanksiya
tətbiqini müzakirə edir. ABŞ isə hələlik, bu şirkətlərə sanksiya
tətbiq etməyib.
Siyahıdakı azərbaycanlılar
Siyahıda Lukoil-un prezidenti Vahid Ələkbərov, “Kiyevskaya Ploşad”
şirkətinin direktorlar şurasının sədri Qod Nisanov və onunla
əlaqəli olan Zarax İliyev, "Coral Energy Group" neft ticarəti
şirkətinin direktorları Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov,
Etibar Eyyub, Tahir Qarayevin, “Zəngəzur” neft tankerinin, “Mastel
Makina” şirkətindən Şanlık Şükürovun adları var.
Siyahıda diqqətçəkən daha bir ad azərbaycanlı Fikrət Tağıyevdir. O,
hüquqşünas Sergey Maqnitski 2009-cu ilin 16 noyabrında “Matrosskaya
tişina” həbsxanasında vəfat edəndə həmin müəssisənin rəhbəri olub.
Britaniya hökuməti F.Tağıyevin Sergey Maqnitski ilə pis rəftara
görə cavabdehlik daşıdığını bildirir. Onun həmçinin Maqnitskinin
ölüm şəraiti ilə bağlı dəlilin gizlədilməsində əli olduğu
vurğulanır.
Sanksiyalara aktivlərin dondurulması, səyahət qadağası və digər
məhdudiyyətlər daxildir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.