Rusiyada 'xarici agentlər'in məsuliyyətə cəlbi asanlaşdırılır; müğənnini saxlayıblar
Rusiya prezidenti Vladimir Putin "xarici agent" elan edilən şəxslərin cinayət məsuliyyətinə cəlbini asanlaşdıran qanun imzalayıb.

Cinayət Məcəlləsinin 330.1-ci maddəsinə – "xarici agent"in üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlı maddəyə dəyişiklik edilir. Belə ki, indiyədək İnzibati Xətalar Məcəlləsinin "xarici agent fəaliyyətinin qaydalarının pozulması" maddəsi üzrə iki dəfə cərimədən sonra cinayət işi başlana bilərdi. İndi isə bir
dəfə cərimə bəs edəcək.

Dövlət Duması qanun layihəsini sentyabrın 25-də qəbul edib. Təhlükəsizlik komitəsinin rəhbəri Vasili Piskaryov bildirib ki, 2023-2025-ci illər ərzində "xarici agent" kimi tanınan şəxslər barəsində 1620 inzibati protokol tərtib olunub.

"Xarici agent" mahnısı
Sankt-Peterburqda isə küçə müğənnisi Naoko adı ilə tanınan Diana Loqinova saxlanılıb. Bu barədə "Rotonda" nəşrinə məlumat verən Daxili İşlər Nazirliyi onun hansı əsasla saxlanıldığı açıqlanmayıb.

Bilinən odur ki, Loqinovanın vokalisti olduğu "Stoptime" küçə musiqi qrupu Rusiyada "xarici agent" elan olunmuş və müharibəyə qarşı çıxan sənətçilərin mahnılarını da ifa edir. Qrupun ifasında reper NoizeMC-yə aid "Kooperativ "Qu gölü"" mahnısı internetdə geniş yayılıb. Bu haqda xarici media da yazıb. O da qeyd olunub ki, antimüharibə və anti-Putin səslənən bu mahnını sənətçilərlə birlikdə onlarla gənc də birgə oxuyur.

"Stoptime" musiqiçilərini avqustda saxlayıb cərimələyiblər. Amma onlar repertuarı dəyişməyəcəklərini deyiblər.

Yaroslavl şəhərindəki Lenin rayon Məhkəməsinə isə "arzuolunmaz" təşkilatın fəaliyyətində iştirak ittihamı ilə "Linqvist" dil mərkəzinə qarşı iş daxil olub. "Mediazona" dil mərkəzinin rəhbərliyindən anonim qalmaq istəyən bir şəxsə istinadla yazıb ki, cinayət işinə köhnə bir məqalədə "British Council" təşkilatının saytına linkin verilməsi olub.

"O linki köhnə bir məqalədə tapıblar. Təbii ki, onu tez bir zamanda sildik, amma məhkəmə yenə də keçiriləcək", – mənbə deyib.

Rusiya Baş Prokurorluğu "British Council"ı "arzuolunmaz təşkilat" kimi tanıyıb, təhsil, mədəniyyət sahəsində Britaniyanın maraqlarının təbliğində ittiham edib. Bundan sonra, Rusiyanın ali təhsil müəssisələri "British Council" ilə əlaqəli beş dil imtahanının (IELTS, CAE, CPE, BEC "Vantage" və "BEC Higher") nəticələrini qəbul etməyi dayandırıblar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google