Tramp deyir, Hindistan Rusiyadan neft alışını dayandırmağa söz verib
Hindistan ABŞ-yə Rusiyadan neft almağı dayandıracağını deyib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onu bu barədə əmin edib. Bundan öncə ABŞ Hindistan mallarına tarifləri iki dəfə artırmışdı.

"Hindistanın neft almasından xoşum gəlmirdi, o (Modi) bu gün məni əmin etdi ki, onlar Rusiyadan neft almayacaqlar. Bu, böyük addımdır. İndi Çinin də
bunu etməsini istəyirik", – Tramp oktyabrın 15-də Ağ evdə jurnalistlərə deyib.

Hindistan Rusiyadan neft alaraq Moskvanın Ukraynadakı müharibəsinə kömək edir. Qərb ölkələri isə bu ticarətə qarşı sanksiyaları gücləndirir. Hindistan Rusiyadan neft almağı dayandırsa, bu, Moskvanın ən böyük enerji müştərilərindən birinin mövqeyində ciddi dəyişiklik olar.

Tramp avqustun sonunda Hindistan mallarına 50 faiz tarif qoyaraq rüsumları iki dəfə artırıb.

ABŞ prezidenti jurnalistlərə onu da deyib ki, Hindistan Rusiyadan neft alışını dərhal dayandıra bilməz, "proses bir az çəkəcək", amma prosesin tezliklə bitəcəyini də əlavə edib. Tramp bildirib ki, müharibə bitdikdən sonra Hindistan yenidən Rusiyadan neft ala bilər.

Hindistan Trampın dediklərini, hələlik, təsdiqləməyib. Amma Modi oktyabrın 11-də ABŞ səfiri Sercio Qor Yeni Dehliyə çatandan bir neçə saat sonra onunla görüşüb və bununla da Trampla münasibətləri bərpa etmək istəyini göstərib.

Avqustda yeni tarif tətbiq edəndə Vaşinqton bildirib ki, Hindistan Rusiyadan neft almaqla Ukrayna müharibəsini maliyyələşdirir, Yeni Dehli də bundan qazanır. Hindistan isə bu ittihamı ikili standart adlandırıb, ABŞ və Avropanın Rusiyaya ticarət əlaqələrini göstərib.

Vaşinqton Yaponiyanın da Rusiyadan enerji idxalını dayandırması üçün ona təzyiq göstərir.

ABŞ-nin maliyyə naziri Skott Bessent oktyabrın 15-də Yaponiyadan həmkarı Katsunobu Kato ilə ikitərəfli iqtisadi əlaqələri, Yaponiyanın Rusiyadan enerji idxalını dayandırması ilə bağlı gözləntilərini müzakirə edib.

Bessent daha öncə deyib ki, ABŞ Rusiyadan neft almağa görə Çinə də tarif qoymağa hazırdır, amma bundan ötrü Vaşinqtonun Avropa müttəfiqləri də bu addımı dəstəkləməlidir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google