Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Tbilisi
meri və şəhər məclisi seçkilərinin nəticələrini yekunlaşdırıb.
MSK-nın məlumatına görə, nəticələrə əsasən, Tbilisi meri “Gürcü
Arzusu” partiyasının namizədi Kaxa Kaladze seçilib. O, 215 363
seçicinin səsini, yəni 71,63% səs toplayıb. Ümumilikdə mer
seçkilərində 324 798 seçici iştirak edib.
MSK həmçinin 2025-ci il 4 oktyabrda proporsional
sistemlə
keçirilmiş Tbilisi Şəhər Məclisi seçkilərinin nəticələrini də
yekunlaşdırıb. Rəsmi protokola əsasən, 325 061 seçici səsvermədə
iştirak edib. Mandatlar aşağıdakı kimi bölünüb:
- “Gürcüstan üçün Mühafizəkarlar” – 1
mandat
- “Güclü Gürcüstan–Lelo” – 2 mandat
- “Qirçi” – 2 mandat
- “Gürcü Arzusu” – 20 mandat
Majoritar sistemlə keçirilmiş seçkilərdə isə Tbilisi Şəhər
Məclisinin bütün 25 mandatını “Gürcü Arzusu” qazanıb.
MSK sədri Qiorqi Kalandarişvilinin sözlərinə görə, bu,
qanunvericiliyə tam uyğun, şəffaf və yüksək peşəkar standartlarla
keçirilmiş ən iri və kompleks proseslərdən biri idi. O, seçicilərə
fəal iştiraka görə təşəkkür edib və bildirib ki, onların etimadı
əsas nailiyyətdir.
Kalandarişvili həmçinin seçki administrasiyası ilə əməkdaşlıq edən
bütün qurumlara və təşkilatlara, yerli və beynəlxalq
müşahidəçilərə, seçki subyektlərinə və mediaya, eləcə də Smartmatic
şirkətinə təşəkkür edib. Bu şirkətin dəstəyi ilə Gürcüstanda ikinci
dəfə texnoloji əsaslı seçkilər uğurla həyata keçirilib.
Seçkilərin yekun nəticələri ölkə üzrə dairə seçki komissiyaları
tərəfindən də təsdiqlənib. Seçilmiş məclis üzvləri və merlər
haqqında məlumat MSK-nın iclasında elan olunub. Detallı nəticələr
və yekun protokollar MSK-nın rəsmi saytında yerləşdirilib.
Qanuna əsasən, yeni seçilmiş merlər və şəhər məclisi üzvləri 29
oktyabr tarixindən səlahiyyətlərinə başlayacaqlar. MSK-nın qərarına
görə, bütün bələdiyyə məclislərinin ilk iclasları 30 oktyabr saat
11:00-da keçiriləcək. Tbilisidə ilk iclası MSK sədri Qiorqi
Kalandarişvili açacaq, regionlarda isə iclaslara müvafiq dairə
seçki komissiyalarının sədrləri rəhbərlik edəcəklər.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.