“Bu partiyalara qarşı Konstitusiya Məhkəməsinə onadək
partiya barəsində qadağa tələbi ilə müraciət edilə
bilər”,
- deyə Kobaxidze bildirib.
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze bildirib ki, hökumət
Konstitusiya Məhkəməsinə 10-a qədər müxalif partiyanın qadağan
olunması ilə bağlı iddia təqdim edə bilər. Onun sözlərinə görə,
siyahıya “Vahid Milli Hərəkat”, “Axali” və keçmiş hakimiyyətin
üzvləri olan digər partiyalar daxildir.
Həmçinin, Kobaxidzenin
fikrincə, son illərdə “dövlətə qarşı sabotajda iştirak edən” bəzi
digər partiyalar da siyahıya düşəcəklər.
“Dəqiq siyahı bir neçə günə bilinəcək, iddia rəsmi
şəkildə Konstitusiya Məhkəməsinə təqdim olunanda. Prinsip belədir:
birincisi, partiya əgər qanlı rejimin nümayəndələrindən
ibarətdirsə, iddia onlara da şamil ediləcək. Məsələn, ‘Milli
Hərəkat’, ‘Axali’ və bir neçə kiçik partiya. İkincisi, kim bu qanlı
rejimlə illərlə dövlətə qarşı sabotajda iştirak edibsə, onlara da
aiddir. Belə partiyaların sayı təxminən on ola
bilər,” – deyib Kobaxidze İctimai Televiziyanın
efirində.
Aparıcının “Lelo” və “Qaxaria Gürcüstan üçün” partiyalarının da bu
siyahıya düşüb-düşməyəcəyi barədə sualına Kobaxidze belə cavab
verib:
“Bu iki partiya da illər boyu ‘Milli Hərəkat’la
birlikdə ölkəyə qarşı sabotajda iştirak edib.”
O qeyd edib ki, həm 2021-ci, həm də 2024-cü illərin parlament və
yerli seçkilərində bu partiyalar “Milli Hərəkat”la eyni gündəliklə
hərəkət ediblər, xüsusən də “namizəd statusu” məsələsində
“sabotajın bir hissəsi olublar.”
“ ‘Qaxaria’nın partiyası yeganə idi ki, 4 oktyabr
aksiyasından uzaq durdu, amma bu illər ərzində o da sabotajdan
kənarda qalmayıb. Üstəlik, ‘Qaxaria’nın partiyası son dörd ildə bir
neçə bələdiyyədə ‘Milli Hərəkat’la koalisiya qurmuşdu. Əgər sən
konstitusiyaya zidd partiya ilə koalisiya yaradırsansa, bu sənin də
qeyri-konstitusion olduğunu sübut edir”, - deyə
Kobaxidze əlavə edib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.