Dövlət Təhlükəsizlik Xidməti Axalkalaki merinin nümayəndəsini saxlayıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Axalkalaki bələdiyyəsinin merinin Diliski inzibati vahidindəki nümayəndəsi – O.Q. saxlanılıb.



İstintaqın məlumatına əsasən, O.Q. kənd təsərrüfatı məhsullarının mənşəyi barədə eyni məzmunlu üç saxta arayış hazırlayıb, həmçinin bir sahibkardan rüşvət tələb edərək 2025-ci il oktyabrın 15-də ondan 6000 lari alıb.

“İş, vəzifəli şəxsin öz səlahiyyətlərini icra edərkən rüşvət verənin xeyrinə hərəkət
etməsi – yəni kənd təsərrüfatı məhsulunun mənşəyi haqqında saxta arayış verməsi müqabilində rüşvət alması faktı ilə bağlıdır.

İstintaq müəyyən edib ki, Axalkalaki bələdiyyəsinin Diliski inzibati vahidində merin nümayəndəsi O.Q. kənd təsərrüfatı məhsullarının mənşəyi barədə üç eyni məzmunlu saxta arayış hazırlayıb. Hər bir arayışa əsasən, guya onun inzibati vahidində yaşayan yerli sakin tərəfindən becərilən 25 ton (cəmi 75 ton) kartof konkret bir sahibkarlıq subyektinə satılıb.

O.Q.-nun izahına görə, onun tərəfindən verilmiş bu saxta arayışlar əsasında məhsulun həm Gürcüstan ərazisində, həm də ixrac üçün daha yüksək qiymətə satılması mümkün idi. Çünki Axalkalaki bələdiyyəsində yetişdirilən bu cür məhsulların bazar qiyməti digər mənşəli məhsullarla müqayisədə xeyli yüksəkdir.

Bu əməl müqabilində O.Q. sahibkarlıq subyektindən rüşvət olaraq 6000 lari tələb edib və 2025-ci il oktyabrın 15-də pulu alıb”, –
deyə DTX-nin açıqlamasında bildirilir.

DTX-nin məlumatına görə, gizli istintaq tədbirləri həyata keçirilib və nəticədə bu cinayət əməlinin törədilməsini əks etdirən audio və video sübutlar əldə olunub.

Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google